Qubada ilk: Regional Biznes Sammiti və Regional Expo - QEYDİYYAT DAVAM EDİR
Rəqəmsal transformasiya artıq seçim deyil, strateji zərurətdir. Bu istiqamətdə atılan mühüm addımlardan biri olaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı” təsdiq edilib. Bu sənəd ölkədə rəqəmsallaşmanın sürətlənməsi və biznes mühitinin yeni mərhələyə keçidi üçün əsas istiqamətləri müəyyən edir.
Bu istiqamətdə yaranan imkanlar artıq regionlarda da yeni təşəbbüslərlə öz əksini tapır.
MÜSİAD Azərbaycan, TECHERA və Quba İş Adamlarına Dəstək-QİAD Platformasının birgə təşkilatçılığı ilə Qubada “Regional Biznesin İnkişafı və Rəqəmsallaşma Sammiti” keçiriləcəkdir.
Azərbaycan Pedaqoji Universitetinin (ADPU) Quba filialının, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Azərbaycan Sahibkarlar Konfederasiyasının, Azərbaycan Fintex Assosiasiyasının, “Bilim Azərbaycan”-nın, eləcə də müxtəlif şirkətlərin və media qurumlarının tərəfdaşlığı ilə keçiriləcək sammit regionda biznes mühitinin inkişafına və rəqəmsallaşmanın təşviqinə xidmət edəcəkdir.
Tədbir 22 May 2026-ci ildə Quba Olimpiya, İdman, Təlim, Tədris və İstirahət Kompleksində keçiriləcəkdir.
Sammit çərçivəsində ilk dəfə olaraq “Regional Expo” sərgisi təşkil olunacaqdır. Bu sərgi yerli sahibkarların məhsul və xidmətlərini geniş auditoriyaya təqdim etməsi, yeni tərəfdaşlıqlar qurması və investisiya imkanlarını nümayiş etdirməsi baxımından sammitin ən önəmli və fərqləndirici hissələrindən biri olacaqdır.
Tədbir çərçivəsində panel müzakirələri, təqdimatlar və təcrübə paylaşımı sessiyaları keçiriləcək, rəqəmsal iqtisadiyyat, fintex, startaplar və ixrac imkanları əsas müzakirə mövzularını təşkil edəcəkdir.
Sammit dövlət, biznes və akademik dairələri bir araya gətirərək regionların iqtisadi potensialının daha effektiv istifadəsinə və dayanıqlı inkişafına töhfə verəcəkdir.
Sizi Regionun inkişafında aktiv rol almağa və gələcəyi birlikdə qurmağa dəvət edirik.
Qeydiyyat linki:
https://techera.az/tedbirler/regional-biznesin-inkisafi-ve-reqemsallasma-sammiti/istirak
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
11 d. əvvəl
"Sizin Lombard" ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib.
-
19 d. əvvəl
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
- 29 d. əvvəl
- 35 d. əvvəl
- 38 d. əvvəl
- 39 d. əvvəl
- 40 d. əvvəl
- 56 d. əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
Ən çox oxunanlar
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır
“AS Group” WUF13-də iştirak edib
Qeyri-həyat könüllü sığortalarında ödəniş yükü daha aşağıdır
Həyat sığortası yığımlarda liderdir
Könüllü sığortalar bazarın əsas hissəsini formalaşdırıb
Süni xüsusi intellektdən süni fövqəl intellektə doğru: insan “cini şüşədən buraxıb”, deyəsən!
Topladıqları hər 100 manatın orta hesabla 49,9 manatını ödəniş kimi həyata keçiriblər - Ödəniş/yığım nisbəti 50%-ə yaxındır






.jpg)
.jpg)








.jpg)




