Kapital Bank-dan Beynəlxalq Bankçılıq Günündə daha bir uğur
(®) Kapital Bank informasiya təhlükəsizliyi idarəetmə sisteminin (İTİS) daha da gücləndirilməsini rəsmiləşdirərək, beynəlxalq miqyasda ən qabaqcıl standartlardan biri olan ISO/IEC 27001:2022 sertifikatı üzrə uyğunluğunu təsdiqləyib.
Bu nailiyyət bankın rəqəmsal ekosisteminin və müştəri xidmətlərinin müasir kibertəhlükələrə qarşı ən yüksək səviyyədə müdafiə olunduğunun təkzibolunmaz göstəricisidir.
Bu standartın tətbiqi ilə bank qlobal tələblərə uyğun şəkildə sistemli, risk-əsaslı və davamlı təkmilləşmə prinsipi üzrə fəaliyyət göstərir. ISO/IEC 27001:2022 çərçivəsinə uyğun formalaşdırılan bu idarəetmə modeli məlumatların qorunması, kiberrisklərin proaktiv şəkildə idarə olunması və müştəri məxfiliyinin yüksək səviyyədə təmin edilməsinə xidmət edir.
Bankın daxili proseslərinin beynəlxalq təhlükəsizlik yanaşmaları əsasında optimallaşdırılması müştərilər üçün etibarlı, dayanıqlı və fasiləsiz rəqəmsal xidmət mühitinin yaradılmasına xidmət edir. Bu sertifikat bankın informasiya təhlükəsizliyinə olan yanaşmasının cari tələblərə uyğunluğu ilə yanaşı strateji və uzunmüddətli inkişaf prioritetinin vacib hissəsi olduğunu da nümayiş etdirir.
Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 115 filialı və 50 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün – https://kbl.az/prcrc.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 3 saat əvvəl
-
- 5 saat əvvəl
- 8 saat əvvəl
- 10 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB




















