Mərkəzi Bank: Qərar sabah saat 10:00-da yayımlanacaqdır
Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
Məlumatda bildirilir ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin faiz dəhlizinin parametrlərinə dair növbəti qərarı barədə press-reliz 23 aprel 2025-ci il tarixində saat 10:00-da yayımlanacaqdır.
Həmin gün saat 11:00-da Mərkəzi Bankda mətbuat konfransı keçiriləcəkdir.
XXX
Xəbər verdiyimiz kimi, 23 aprel 2025-ci il tarixində Azərbaycan Respublikası Mərkəzi Bankı 2025-ci il üzrə 3-cü faiz qərarını açıqlayacaq.
Marja.az xəbər verir ki, ardıcıl 7 iclasdır Mərkəzi Bank faizlərini dəyişməz saxlayır. Martın 12-də də Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.25%, faiz dəhlizinin aşağı həddi 6.25%, faiz dəhlizinin yuxarı həddi isə 8.25% səviyyəsində dəyişməz saxlanılıb.
Azərbaycan Mərkəzi Bankının illik inflyasiya hədəfi 4±2% (2% - 6%) aralığındadır. Dövlət Statistika Komitəsinin məlumatına görə, Martda illik inflyasiya 5,9% təşkil edib. Bu, inflyasiyanın Mərkəzi Bankın illik inflyasiya hədəf diapazonunin yuxarı sərəhədinə yaxınlaşdığı deməkdir, lakin hədəf diapazonu daxilində qalmaqdadır. Qarşıda yaz və ayları olduğunu nəzərə alsaq, mövsmi amillər ilə əlaqədar olaraq qiymətlərin ümumi səviyyəsi düşəcəkdir.
"Mövcud pul siyasəti inflyasiyanın hədəf diapazonu daxilində saxlanılmasına və inflyasiya gözləntilərinin sabitləşməsinə yönəlib. Mövcud siyasət çərçivəsində baza ssenari üzrə 2025-ci və 2026-cı ildə illik inflyasiyanın hədəf daxilində (4±2%) olacağı proqnozu dəyişməz qalır.", Mərkəzi Bank 12 Mart 2025-ci il tarixində yaydığı press-relizində bildirmişdi.
Həmçinin Mərkəzi Bank qeyd etmişdi ki, faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarlar faktiki və proqnozlaşdırılan inflyasiya, xarici və daxili risk amillərinin dinamikasından asılı olacaqdır. Mərkəzi Bank bundan sonra da qiymət sabitliyini təmin etmək üçün sərəncamındakı bütün vasitələrdən istifadə edəcəkdir. Faktiki və proqnozlaşdırılan inflyasiyanın azalacağı təqdirdə faiz dəhlizi parametrlərinin azaldılması imkanları nəzərdən keçirilə bilər. Bununla yanaşı, Mərkəzi Bank inflyasiya risklərinin reallaşması halında adekvat reaksiya verəcəkdir.
Mövcud inflyasiya Mərkəzi Bankın hədəf diapazonu daxilində qalmaqda davam etdiyini, qarşıdakı aylarda mövsümi amillər ilə əlaqədar olaraq qiymətlərin ümumi səviyyəsinin düşəcəyini nəzərə alsaq, sabah da Mərkəzi Bankın İdarə Heyətinin faizləri sabit saxlayacağı ehtimali yüksəkdir.
"Faiz dəhlizi parametrlərinin dəyişdirilməsində pauzanın götürülməsi zərurəti yaranıb"
"Potensial inflyasiya təzyiqləri yarada biləcək qlobal risklərə mövcud geosiyasi gərginlik və ticarət müharibələri fonunda beynəlxalq əmtəə bazarlarında qiymətlərin mümkün dəyişkənliyi aiddir. Yüksək qlobal qeyri-müəyyənlik, xüsusən də bəzi ölkələrdə milli valyutaların məzənnələrindəki dəyişikliklərin və tarif artımlarının inflyasiya proseslərinə təsirlərinin qiymətləndirilməsi üçün faiz dəhlizi parametrlərinin dəyişdirilməsində pauzanın götürülməsi zərurəti yaranır.", - Mərkəzi Bank 12 Mart 2025-ci il tarixində yaydığı press-relizində bildirmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
6 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 8 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur


















.jpg)

