Dərmanların pərakəndə satış qiymətlərinin yuxarı həddi dəyişdirildi
187 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilib, 8 dərman vasitəsinin qiymətinin yuxarı həddi aşağı salınıb və etibarlı təchizatın təmin olunması məqsədilə 46 dərman vasitəsinin qiymətinin yuxarı həddində dəyişikliklər aparılıb.Tarif Şurası Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin yuxarı həddinin tənzimlənməsi barədə qərar qəbul edib.
Qərar ilə dərman vasitələrinin aptek təşkilatlarına topdan və aptek təşkilatı tərəfindən pərakəndə satış qiymətlərinin yuxarı həddi və onların qüvvəyə minmə tarixləri təsdiq edilib (əlavə olunur).
Bu qərar 2025-ci il 5 aprel tarixindən qüvvəyə minir.
Həmçinin “Dərman vasitələrinin və dərman maddələrinin ekspertizası, o cümlədən sadələşdirilmiş ekspertizası xidmətlərinin tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2023-cü il 5 dekabr tarixli 10 nömrəli Qərarında dəyişiklik edilib.
Qərara əsasən, dərman vasitələrinin və dərman maddələrinin ekspertizası, o cümlədən sadələşdirilmiş ekspertizası xidmətlərinin tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2023-cü il 5 dekabr tarixli 10 nömrəli Qərarına 1-1-ci bənd “Dərman vasitəsi dövlət qeydiyyatına alındıqdan sonra təqdim edilən farmakonəzarət sənədləri ilə bağlı ekspertiza xidmətlərinin tarifləri təsdiq edilib (əlavə 3).
Bu qərar 2025-ci il 1 may tarixindən qüvvəyə minir.
Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının Katibliyinin məlumatında deyilir:
"Dərman vasitələrinin keyfiyyəti, effektivliyi və təhlükəsizliyi üzərində dövlət nəzarəti tədbirlərinin səmərəliliyinin artırılması daim diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə farmakonəzarətin təşkili, yəni dərman vasitələrinin istifadəsi zamanı yaranan əlavə təsirlərin və digər arzuolunmaz nəticələrin qarşısının alınması istiqamətində tədbirlərin həyata keçirilməsi xüsusi önəm kəsb edir.
Nazirlər Kabinetinin “Dərman vasitələrinin farmakonəzarət Qaydası”nda dəyişiklik edilməsi haqqında” Qərarı ilə dərman vasitələrinin qeydiyyat müddəti ərzində də farmakonəzarət sənədlərinin ekspertiza xidmətlərinin həyata keçirilməsi, həmin sənədlərin təqdim edilməsi üzrə müddətin hesablanması, dövrülüyü və digər məsələlərlə əlaqədar dəqiqləşmələr və əlavələr edilib. Tarif (qiymət) Şurasının 2 aprel 2025-ci il tarixində keçirilmiş növbəti iclasında bu Qaydanın tələblərinə uyğun olaraq dərman vasitəsi dövlət qeydiyyatına alındıqdan sonra təqdim edilən farmakonəzarət sənədləri ilə bağlı ekspertiza xidmətlərinin tarifləri tənzimlənib. Tariflərin dərman vasitərlərinin qiymətlərinə təsiri gözlənilmir.
Farmakonəzarət sənədləri ilə bağlı ekspertiza xidmətlərinə görə tariflərin ödəyiciləri dərman vasitələrinin istehsalçıları və ya idxalçılarıdır.
İclasda yeni dövlət qeydiyyatına alınan 187 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilib, 8 dərman vasitəsinin qiymətinin yuxarı həddi aşağı salınıb və etibarlı təchizatın təmin olunması məqsədilə 46 dərman vasitəsinin qiymətinin yuxarı həddində Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 209 nömrəli Qərarı ilə təsdiq olunmuş Qaydalara və Tarif (qiymət) Şurasının 2015-ci il 21 iyul tarixli Qərarı ilə təsdiq edilmiş Təlimata uyğun olaraq dəyişikliklər aparılıb. Ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiymətlərinin yuxarı həddi təsdiq edilmiş dərman vasitələrinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.
Qərar 5 aprel 2025-ci il tarixindən qüvvəyə minir.
Qərarlarla Tarif (qiymət) Şurasının rəsmi saytının “Şuranın qərarları” bölməsində tanış olmaq olar.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli Fərmanı ilə Tarif (qiymət) Şurası dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin (tariflərin) və xidmət haqlarının tənzimlənməsini həyata keçirən kollegial orqandır. Azərbaycan Respublikasının iqtisadiyyat naziri Tarif (qiymət) Şurasının sədri, maliyyə nazirinin müavini, ədliyyə nazirinin müavini, energetika nazirinin müavini, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, kənd təsərrüfatı nazirinin müavini, səhiyyə nazirinin müavini, elm və təhsil nazirinin müavini, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, Dövlət Gömrük Komitəsi sədrinin müavini, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini, Dövlət Statistika Komitəsi sədrinin müavini, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İdarə Heyətinin sədri Şuranın üzvləridir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 1 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
"Bakı Ağ Şəhər"də yeni iri məhəllənin inşası ilə bağlı mühüm müqavilə imzalandı
-
7 saat əvvəl
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
-
7 saat əvvəl
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
-
7 saat əvvəl
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
Ən çox oxunanlar
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
Bazarın əsas yükü həyat və icbari avtomobil sığortasındadır
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır
“AS Group” WUF13-də iştirak edib






.jpg)











