Yaponiyanın cari əməliyyatlar hesabında rekord profisit
Yaponiyanın cari əməliyyatlar hesabının profisiti keçən il, məlumatların dərc olunmağa başlanıldığı 1985-ci ildən bəri ən yüksək həddə çatıb.Yaponiyanın cari əməliyyatlar hesabının profisiti keçən il rekord həddə yüksəlib, çünki zəifləyən yen xarici investisiya gəlirlərini artırıb və ticarət kəsirini rahat şəkildə kompensasiya etməyə kömək edib.
Marja xəbər verir ki, cari əməliyyatlar hesabı profisiti 2024-cü ildə 29,3 trilyon yen (192,67 milyard ABŞ dolları) təşkil edib ki, bu da məlumatların 1985-ci ildə dərc olunmağa başlamasından bəri ən böyük illik cari əməliyyat hesabının profisitidir. 2024-cü ildə cari əməliyyatlar hesabının profisiti əvvəlki ilə nisbətən 29,5 faiz artıb.
Qiymətli kağızlardan və birbaşa xaricdəki investisiyalardan əldə edilən ilkin gəlir 40,2 trilyon yen rekord profisitlə ən böyük "drayver" olaraq qalb. Belə ki, Yaponiya şirkətləri xaricdə, o cümlədən xarici alışlar vasitəsilə böyüməyə davam ediblər.
Avtomobil və çip istehsal edən avadanlıqların daha sürətli ixracı və enerji idxalının aşağı xərcləri sayəsində xarici ticarət kəsiri 40 faiz azalaraq 3,9 trilyon yen olub.
Ölkənin cari əməliyyatlar hesabının profisiti bir vaxtlar ixrac gücünün əlaməti və təhlükəsiz sığınacaq olan yenə inam mənbəyi kimi qəbul edilirdi. Lakin enerji idxalının bahalaşması və yapon şirkətlərin xaricdə istehsalının artması səbəblərindən cari əməliyyatlar hesabı kəsir ilə bağlanılmışdı.
Yaponiya indi öz ticarət kəsirini keçmiş xarici investisiyalardan faiz ödənişləri və dividendlər daxil olmaqla güclü ilkin gəlir profisiti ilə kompensasiya edir.
Xaricdə qazanılan pullar yenidən xaricdə sərmayə yatırılır
Lakin xaricdə qazanılan bu gəlirin çox hissəsi yenə çevrilib repatriasiya edilməkdənsə xaricə yenidən sərmayə yatırılır. Analitiklər deyirlər ki, bu, Yaponiya valyutasını zəif saxlaya bilər.
Norinçukin Araşdırma İnstitutunun baş iqtisadçısı Takeshi Minami, "Xaricdəki investisiyalar ölkə daxilində qoyulan investisiyalardan daha yüksək gəlir gətirdiyi üçün geri qayıtmaq üçün heç bir səbəb yoxdur" deyib.
Yaponiya ən böyük ixrac bazarı olan ABŞ-ın təzyiqi altındadır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 10 saat sonra
-
- 5 saat sonra
-
11 saat əvvəl
219 təmirli mənzil kirayə yolu ilə vətəndaşlara satılır - aylıq ödəniş 347 manatdan başlayır
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
"Zəngəzur dəhlizinin açılması bütün Mərkəzi Asiya ölkələrinə fayda gətirəcək"
-
11 saat əvvəl
“Kristal”dan şəhər həyatında fərq yaradan “Geniş və funksional həyət” konsepti!
-
11 saat əvvəl
Ekstra Qarantiya Çin avtomobillərinə də zəmanət təqdim edir!
- 11 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Bank Zəfər Gününə özəl, daha aşağı faizlə kredit verir
BOKT illik 18 faizlə 1 milyon manat cəlb edir
Ekstra Qarantiya Çin avtomobillərinə də zəmanət təqdim edir!
Ən çox oxunanlar
"Özbəkistan Azərbaycana 21,8 milyon dollar, Azərbaycan Özbəkistana isə 183,5 milyon dollar sərmayə qoyub"
"Prime Cotton" sənaye avadanlıqlarının satışını elan edir
Dövlət Gömrük Komitəsi büdcə tapşırığına tam əməl edə bilmir
Azərbaycan dövlət büdcəsindən xərcləməyi azaldıb





















.jpg)


