Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Qızılın qiymətində yeni rekord - İRANDAKI ETİRAZLAR VƏ FED CİNAYƏT İŞİ QIZILI BAHALAŞDIRDI

Qızıl, FED-ə qarşı mümkün cinayət təhqiqatı təhdidi və İranda şiddətlənən etirazların təsiri ilə rekord həddə yüksəlib. Gümüş isə oxşar amillərin təsiri ilə təxminən 4 faiz bahalaşaraq rekord səviyyəsinə çatıb.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Qızılın qiymətində yeni rekord - İRANDAKI ETİRAZLAR VƏ FED CİNAYƏT İŞİ QIZILI BAHALAŞDIRDI
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Beynəlxalq bazarlarda qızıl, ABŞ Ədliyyə Nazirliyinin Federal Ehtiyat Sistemini (FED) cinayət təhqiqatı ilə hədələməsinin qurumun müstəqilliyinə dair narahatlıqları artırması və İranda şiddətlənən etirazların təsiri ilə rekord səviyyəyə yüksəlib.

Marja xəbər verir ki, külçə qızıl (1 unsiya) bazar ertəsi günü 4600 dollara yaxınlaşıb (4599,87 dolları görüb), gümüş də bütün dövrlərin ən yüksək səviyyəsinə yaxın ticarət olunub.

ABŞ qızıl fyuçersələri isə 4612.40 dolları test edib.

FED sədri Cerom Pauell bildirib ki, mümkün ittiham aktı administrasiyanın mərkəzi bankın faiz qərarlarına təsir göstərmək üçün göstərdiyi təzyiqlər kontekstində qiymətləndirilməlidir. Tramp administrasiyasının daha əvvəl FED-ə yönəlik sərt tənqidləri dollar üzərində etimadı zəiflədən əsas amillər sırasında yer almışdı.

İranda artan və insan tələfatına səbəb olan etirazlar ölkənin siyasi gələcəyinə dair qeyri-müəyyənliyi artıraraq qiymətli metallara təhlükəsiz liman tələbatını gücləndirib. ABŞ Prezidenti Donald Tramp İrana qarşı mümkün variantların nəzərdən keçirildiyini açıqlayarkən, NATO-nun rolunu sorğulayan açıqlamaları və Qrenlandiya ilə bağlı çıxışları da bazarlarda diqqətlə izlənib.

Analitiklər bildirirlər ki, geosiyasi risklərin güclənməsi və faiz müzakirələri riski daha da artırıb.

Qızıl, enən faiz dərəcələri, artan geosiyasi gərginliklər və ABŞ dollarına olan etimadın azalması ilə dəstəklənən güclü bir ili geridə qoyarkən, bir çox fond meneceri uzunmüddətli perspektivdə mövqelərini qorumağa üstünlük verir.

Gümüş isə oxşar amillərin təsiri ilə təxminən 4 faiz bahalaşaıb. Fitch Solutions-a bağlı BMI bildirib ki, gümüş bazarında təklif çatışmazlığı 2026-cı il boyunca davam edə bilər; artan investisiya və sənaye tələbi fiziki gümüş bazarında qiymətlərə təkan verir.

Bakı vaxtı ilə saat 08:20-yə olan məlumata görə, 1 unsiya qızıl 1,3 faiz bahalaşma ilə 4568 dollara ticarət olunub, Bloomberg Dollar Spot İndeksi isə 0,2 faiz geriləyib. Palladium və platin qiymətləri də təxminən 3 faiz artım qeydə alıb.

qızıl qiymətləri gümüş qiymətləri qızıl rekord səviyyə gümüş rekord səviyyəyə yaxın qiymətli metallar bazarı təhlükəsiz liman aktivləri Fed cinayət təhqiqatı Federal Ehtiyat Sistemi Cerom Pauell açıqlaması ABŞ dollarına etimadın azalması Bloomberg Dollar Spot İndeksi geosiyasi risklər İran etirazları Yaxın Şərq gərginliyi Tramp administrasiyası faiz dərəcələri müzakirələri enən faizlər investisiya tələbi sənaye tələbi gümüş bazarında təklif çatışmazlığı Fitch Solutions BMI 2026 gümüş proqnozu palladium qiymətləri platin qiymətləri qlobal maliyyə bazarları Marja xəbərləri
12.01.2026 08:19

Müştərilərin xəbərləri

Mobil_manset_alt_4_22
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18

Ən çox oxunanlar