Messinin şirkəti birjada yer alıb: Bazar dəyəri 223 milyon avrodur
Messinin qurduğu "Edificio Rostower Socimi" şirkəti 57,4 avroluq səhm qiyməti ilə İspaniya birjasına daxil olaraq 223 milyon avro bazar dəyərinə çatıb. Şirkətin İspaniya və Andorrada otelləri, ofisləri, mənzilləri, London və Parisdə mülkləri var. 2013-cü ildə qurulan şirkət 2023-cü ildə 1,7 milyon avro zərər etdiyini açıqlayıb. İnvestisiyalarının böyük hissəsi Messinin uzun illər yaşadığı Kataloniya bölgəsində cəmləşib. Messinin həyat yoldaşı Antonela Roccuzzo direktorlar şurasının sədr müavini vəzifəsini icra edir.Argentinalı ulduz futbolçu Lionel Messinin təsis etdiyi daşınmaz əmlak müştərək investisiya şirkəti 57,4 avroluq səhm qiyməti ilə İspaniya birjasına daxil olub. Şirkətin bazar dəyəri 223 milyon avro (232,12 milyon dollar) olaraq müəyyən edilib.
Marja.az xarici mətbuata istinadən xəbər verir ki, Messi "Edificio Rostower Socimi" şirkətinin Müşahidə şurasının sədridir.
"Edificio Rostower"in portfelinə İspaniya və Andorrada yeddi otel, İspaniyada üç ofis sahəsi və beş mənzil daxildir. Onun London və Parisdə də mülkləri var. 2013-cü ildə qurulan şirkət 2023-cü ildə 1,7 milyon avro zərər etdiyini açıqlayıb. Şirkətin listinq prosesi ilə bağlı sorğulara hələ cavab verilməyib. Şirkətin sərmayələrinin əksəriyyəti Messinin 2000-ci ildə 13 yaşında "FC Barcelona"ya qoşulmaq üçün köçdüyü Kataloniya bölgəsinə aiddir.
"FC Barcelona" klubun borcları və La Liqanın maliyyə feyr-pley qaydalarına görə Messini komandada saxlaya bilməyəcəyini açıqlamışdı. Bundan sonra Messi "Paris Saint-Germain"ə (PSJ) transfer edilib. Messi futboldan ayrıldıqdan sonra həyat yoldaşı Antonela Roccuzzo və üç uşağı ilə birlikdə Barselonaya qayıtmağı planlaşdırdığını dəfələrlə bəyan edib. Messi hazırda Amerikanın "İnter Mayami" komandasında çıxış edir.
Messinin həyat yoldaşı Antonela Roccuzzo "Edificio Rostower"in müşahidə şurasında sədr müavini vəzifəsini icra edir. Digər üzv İspaniyanın "Naturgy"enerji şirkətinin idarə heyətinin üzvü Ramon Adelldir.
Daşınmaz müştərək əmlak investisiya şirkətinin məqsədi yüksək gəlirlilik potensialına malik daşınmaz əmlak layihələrinə investisiya yatırmaq və portfelindəki daşınmaz əmlakların alqı-satqısından və icarəsindən gəlir əldə etməkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
6 d. əvvəl
"Sizin Lombard" ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib.
-
14 d. əvvəl
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
- 24 d. əvvəl
- 30 d. əvvəl
- 33 d. əvvəl
- 35 d. əvvəl
- 35 d. əvvəl
- 51 d. əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
Ən çox oxunanlar
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır
“AS Group” WUF13-də iştirak edib
Qeyri-həyat könüllü sığortalarında ödəniş yükü daha aşağıdır
Həyat sığortası yığımlarda liderdir
Könüllü sığortalar bazarın əsas hissəsini formalaşdırıb
Süni xüsusi intellektdən süni fövqəl intellektə doğru: insan “cini şüşədən buraxıb”, deyəsən!
Topladıqları hər 100 manatın orta hesabla 49,9 manatını ödəniş kimi həyata keçiriblər - Ödəniş/yığım nisbəti 50%-ə yaxındır






.jpg)











.jpg)



