Birbank-ın “10 001 hədiyyə” lotereyası yekunlaşdı
(®) Ölkənin ilk rəqəmsal bankı Birbank-ın 13 oktyabr – 15 dekabr tarixlərində keçirilən “10 001 hədiyyə” lotereyası yekunlaşdı. 3 tirajdan ibarət lotereyanın final tirajında ümumilikdə 1 583 683 karta məxsus 30 519 156 şans iştirak edirdi. 27 dekabr tarixində canlı yayımda təsadüfi üsulla seçilən 3 335 kart qalib oldu. 3 tirajın sonunda 1 ədəd 2 otaqlı təmirli mənzil, 3 ədəd 10 000 AZN pul mükafatı, 3 ədəd 2 000 AZN və 4 ədəd 1 000 AZN dəyərində səyahət paketi, 90 ədəd “Umico Market”dən 500 AZN dəyərində hədiyyə kuponu da daxil olmaqla uduş fondunda olan 10 001 hədiyyə öz sahibini tapdı.
Ötən gün isə lotereyanın final tirajının qaliblərinə hədiyyələr təqdim edildi. Hamının qazanmağı arzuladığı “Xəzri Rezidens” yaşayış kompleksindən 2 otaqlı mənzilin qalibi Sonya xanım həyəcanını tədbir iştirakçıları ilə bölüşdü. “İnanın, mən hələ də şokdayam. Baxmayaraq ki, bu gün Kapital Bank-da bizə hədiyyələrimiz təqdim edilir, amma yenə də inana bilmirəm ki, mənzil udmuşam. Çox sevincliyəm, hər kəs məni təbrik edir. Artıq, ailəm, qohumlar, dostlar məndən mənzildə qonaqlıq sözü alırlar. Mən heç vaxt lotereyaların doğruluğuna inanmamışam, Kapital Bank isə fikirlərimi alt-üst elədi. Mənim ən böyük arzumu reallaşdırdığınız üçün sizə təşəkkür edirəm”.
Bu dəfə 10 000 AZN pul mükafatını lotereyada 185 şansla iştirak edən Hacıbaba bəy qazandı. “Maraqlısı odur ki, mənim lotereyada iştirak etdiyimdən belə xəbərim olmayıb. Neçə şansım olduğunu belə bura gələndə əməkdaşlarınız dedilər mənə. İlk dəfə zəng gələndə dedim yəqin yalandır. Çünki ətrafımda bank adı ilə aldadılan adamlar olub. Amma fikir verdim ki, məndən kod, kart nömrəsi, heç nə istəmədilər. Neçə dəfə eşitmişəm ki, şəxsi məlumatlarınızı istəyən adamlara inanmayın. Nə deyim, qalib olmaq gözəl hissdir. Xüsusən də 10 000 manat pul qazanmısınızsa. Mən müştərilərinizə belə gözəl imkanlar yaratdığınız üçün sizə təşəkkür edirəm”.
Final tirajında 2 000 AZN dəyərində səyahət paketi isə Tərlan bəyin şansına düşüb. “Mən rəqəmsal keçirilən lotereyalara inanıram. Təbii ki, bu şans məsələsidir, amma qazanacağıma inanırdım. Səyahət bayram öncəsi əla hədiyyədir. Mən 15-20 il xarici ölkələrdə yaşamışam, səyahət də etmişəm. Son 3 ildə isə maddi səbəblərdən bu alınmırdı. Mənim üçün yeni bir həyəcan olacaq. Heç vaxt olmadığım bir ölkəyə getməyi planlaşdırıram. Sizə isə bu şansı yenidən mənə verdiyiniz üçün təşəkkür edirəm”.
Qaliblərin siyahısı ilə linkdən tanış ola bilərsiniz: https://kbl.az/bblotqf
Birbank kartı haqqında ətraflı məlumat üçün https://birbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook və Instagram səhifəsinə müraciət edə bilərsiniz. Birbank kartını sifariş vermək üçün Birbank tətbiqini yükləyin, “1” yazıb 8196 qısa nömrəsinə SMS göndərin, WhatsApp vasitəsilə (+994 50) 999 81 96 nömrəsinə yazın və ya Birbank mərkəzlərinə müraciət edin.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 5 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
"Bakı Ağ Şəhər"də yeni iri məhəllənin inşası ilə bağlı mühüm müqavilə imzalandı
-
10 saat əvvəl
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
-
11 saat əvvəl
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
-
11 saat əvvəl
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
Ən çox oxunanlar
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
Bazarın əsas yükü həyat və icbari avtomobil sığortasındadır
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır
“AS Group” WUF13-də iştirak edib






.jpg)
.jpg)











.jpg)