İpoteka istiqrazları yerləşdiriləcək - ŞƏRTLƏR
Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanəti Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir12 dekabr 2023-cü il tarixində Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanəti Fondunun 50 milyon manatlıq istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir.
Bakı Fond Birjasının (BFB) yaydığı məlumata görə, hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.
İstiqrazların buraxılış parametrləri:
Qiymətli kağızın ISIN kodu: AZ2079008689
Emissiya həcmi: 50,000,000 manat
Nominal qiyməti: 1,000 manat
Hərrac qiyməti: 1,000 manat
İstiqrazların tədavül müddəti: 7200 gün
Faiz dərəcəsi: 3,25 %
Faiz gəlirinin ödəniş müddəti:180 gündən bir (6 aydan bir)
Anderrayter: “Unicapital İ.Ş” ASC
Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər mütənasib qaydada təmin ediləcəkdir.
ARİKZF-in istiqrazlarının emissiya prospekti BFB-nin internet saytının (www.bfb.az) “Emitentlər” bölməsində yerləşdirilmişdir.
BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər.
Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.
Müştərilərin xəbərləri
AccessBank-dan fərdi bankçılıqda yeni mərhələ: VIP Club rebrendinq edilərək “Private Banking”ə çevrildi
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
4 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 6 d. əvvəl
- 13 d. əvvəl
- 16 d. əvvəl
-
1 saat əvvəl
Gələcəyin iqtisadçıları üçün müasir yatırım dərsləri: İnvestAZ mütəxəssislərindən Master Klass
- 2 saat əvvəl
-
2 saat əvvəl
EGA şirkəti Legal 500 və ACCA tərəfindən beynəlxalq səviyyədə tanınıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Azercell eSIM-ə keçidi tam rəqəmsallaşdırdı
Avropada zəhərli uşaq qidası təşvişi yaşanır
AccessBank-dan fərdi bankçılıqda yeni mərhələ: VIP Club rebrendinq edilərək “Private Banking”ə çevrildi
Ən çox oxunanlar
Baku Steel Company Almaniyada Tube 2026 sərgisində
Səyahət xidmətlərində yeni mərhələ: SABRE və ABB əməkdaşlığı
Mərkəzi Bank sığorta şirkətinin lisenziyasını ləğv etdi
"Azərpoçt"a yeni rəhbər təyin edilib
“Azərpoçt"un rəhbəri işdən çıxıb













.jpg)






