Əmanətçilər üçün son gün - MÜRACİƏT
Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu 4 bankın qorunan əmanətçilərinə müraciət edib.
Müraciətdə bildirilir ki, “Dekabank”, “Kredobank”, "Parabank” və "Zaminbank” ASC-lərdə 25 iyul 2016-cı il tarixində sığorta hadisəsi baş verib. “Əmanətlərin sığortalanması haqqında” qanuna əsasən fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Adı çəkilən bankların qorunan əmanətçilərinə kompensasiya ödənişi məqsədi ilə ərizələrin qəbulu üçün son gün bu gün - 1 avqust 2017-ci il hesab olunur. Bununla əlaqədar kompensasiya almaq üçün müraciət etməyən qorunan əmanətçilərdən bu gün ərzində fonda müraciət etməkləri xahiş olunur.
“Əmanətlərin Sığortalanması haqqında” qanuna əsasən əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə göstərilən müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Lakin bundan asılı olmayaraq bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş il müddətində saxlanılır.
Fondun “Kompensasiyaların ödənilməsi proseduruna dair” qaydalarına uyğun olaraq əmanətçinin müraciətini qeyri-mümkün etmiş hallara əmanətçinin Silahlı Qüvvələrin tərkibində həqiqi hərbi xidmətdə olması, ağır xəstəliyi, qarşısı alınmaz qüvvənin təsiri, məhkəmə qərarı ilə müraciət müddətinin uzadılması aiddir. Bu kimi hallar müvafiq sənədlərlə təsdiq edilməlidir. Qeyd edilən sənədlər təqdim edilmədiyi halda əmanətçiyə müraciət müddətini ötürməsi ilə əlaqədar kompensasiya ödənilməsindən imtina olunacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
- 7 d. əvvəl
-
26 d. əvvəl
Nazir müavini “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib
- 51 d. əvvəl
-
1 saat əvvəl
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yeniləyib
-
1 saat əvvəl
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
-
3 saat əvvəl
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanın strateji valyuta ehtiyatları 88 milyard dolları keçib
-
4 saat əvvəl
Qarabağ Universitetinə ötən il büdcədən 17 milyon manat ayrılıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
AFB Bank-dan tibb işçilərinə özəl nağd kredit kampaniyası
Xalq Bank rəqəmsal əmanət xidmətini istifadəyə verdi
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
Ən çox oxunanlar
"Debitor borcların artması ciddi problemdir"
Azərbaycanın strateji valyuta ehtiyatları 88 milyard dolları keçib






















