Mərkəzi Bank banklar ilə bağlı yeni məlumatlar açıqladı
31 mart 2023-cü il tarixinə fəaliyyətdə olan bankların cəmi aktivləri 44,843.2 mln. manat, cəmi öhdəlikləri 38,993.9 mln. manat, balans kapitalı isə 5,849.3 mln. manat olmuşdur.
Marja.az xəbər verir ki, bu, Mərkəzi Bankın 2023-cü ilin mart ayı üzrə Statistik Bülletenində bildirilir.
Qeyd edilib ki, Mart ayında bankların kredit portfeli 1.4% və ya 281.2 mln. manat artaraq 20,038.6 mln. manat olmuşdur.
Kredit portfelinin strukturu: ı) biznes kreditləri – 54.8% (10,971.4 mln. manat), ıı) istehlak kreditləri – 29.7% (5,942.4 mln. manat) və ııı) ipoteka kreditləri – 15.6% (3,124.8 mln. manat).
Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0.9 faiz bəndi azalaraq 2.9% təşkil etmişdir.
Öhdəliklərin strukturunda depozit portfeli üstünlük təşkil edir (cəmi öhdəliklərin 81.9%-i və ya 31,933.2 mln. manat). Depozit portfelinin 63.3%-i (20,213.7 mln. manat) hüquqi şəxslərin, 36.7%-i (11,719.5 mln. manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.
Hesabat ayında bankların əmanət portfeli 0.6% və ya 65.5 mln. manat artmışdır. Əmanət portfelinin 53.9%-i (6,311.4 mln. manat) müddətli əmanətlərdən ibarətdir. Hüquqi şəxslərin tələbli depozitləri 17,319.7 mln. manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 85.7%-ni təşkil etmişdir.
Fiziki şəxslərin əmanətlərinin dollarlaşması mart ayında ilin əvvəlinə nəzərən 1 faiz bəndi, əvvəlki ilin müvafiq dövrünə nəzərən isə 4.1 faiz bəndi azalaraq 38.2% təşkil etmişdir.
2023-cü ilin yanvar-mart aylarında banklar 267.9 mln. manat xalis mənfəət, 392 mln. manat məbləğində əməliyyat mənfəəti əldə etmişlər. 2022-ci ilin I rübü ilə müqayisədə bankların xalis və əməliyyat mənfəəti müvafiq olaraq 54% və 42% artmışdır.
Cari ilin mart ayında manatla geniş mənada pul kütləsi (M2) ilin əvvəlinə nəzərən 0.4% artaraq 29,694 mln. manat təşkil etmişdir.
Bank sektorunun xarici öhdəlikləri ilin əvvəlinə nəzərən 390.1 mln. manat artaraq 2,152.1 mln. manat təşkil etmişdir. Xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident hüquqi şəxslərin qısamüddətli depozitlərinin həcmindəki artım ilə əlaqədardır.
31 mart 2023-cü il tarixinə fəaliyyət göstərən 25 bankın filiallarının sayı 491, şöbələrinin sayı 94, ATM-lərin sayı isə 2,996 olmuşdur.hesabat ayında da bank sektorunda çalışanların sayında artım trendi davam etmişdir. Mart ayında bank əməkdaşlarının sayı 0.5% və ya 124 nəfər artaraq 23,164 nəfər təşkil etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
7 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
-
14 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
15 saat əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
16 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 17 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI






















