Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Peskov: Putin və Si Cinpin Moskva vaxtı ilə 16:30-da görüşəcəklər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Peskov: Putin və Si Cinpin Moskva vaxtı ilə 16:30-da görüşəcəklər
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Rusiya prezidenti Vladimir Putin və Çin lideri Si Cinpinlə bu gün günün ikinci yarısından sonra söhbətə başlayacaq.

Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“Günortadan sonra, təxminən, (Moskva vaxtı ilə) saat 16:30-da prezident Putinin bugünkü fəaliyyətinin beynəlxalq hissəsi davam edəcək və bu, Si Cinpinlə bağlı olacaq”, - deyə Kremlin sözçüsü vurğulayıb.

Peskov izah edib ki, liderlər arasında təkbətək söhbət olacaq və söhbət qeyri-rəsmi naharda davam edəcək. "Bu gün Putin və Si Cinpin arasında qeyri-rəsmi, lakin birbaşa və çox vacib ünsiyyət olacaq", - deyə Rusiya Prezidentinin mətbuat katibi əlavə edib.

Çin lideri Si Cinpinin Rusiyaya səfəri başlayıb. Çin rəhbərinin təyyarəsi Moskvanın Vnukovo-2 hava limanına enib. Si Cinpin Vladimir Putinin dəvəti ilə martın 20-22-də Rusiyaya dövlət səfərinə gəlib. Danışıqlar zamanı bir sıra mühüm sənədlərin imzalanması planlaşdırılır.

Qeyd edək ki, bu səfər Çin liderinin üçüncü müddətə yenidən seçilməsindən sonra ilk xaricə səfəridir. Si Cinpinin Moskvaya səfəri Qərbin böyük narahatlığına səbəb olan Rusiyanın Ukraynada apardığı müharibə fonunda baş verir.

20.03.2023 13:49
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18

Ən çox oxunanlar