ABŞ-ın ev təsərrüfatlarının borcu 16,9 trilyon dollara çatıb
2022-ci ilin son rübündə ABŞ-da ev təsərrüfatlarının borcu əvvəlki rüblə müqayisədə 2,4 faiz artaraq 16,9 trilyon dollara yüksəlib. Ən böyük borc ipoteka kreditləri borcudur.ABŞ Mərkəzi Bankı (FED) tərəfindən hazırlanan, keçən ilin dördüncü rübünə aid Ev Təsərrüfatlarının Borcu və Kredit Hesabatı dərc edilib.
Marja hesabata istinadən xəbər verir ki, amerikalıların borcu 2022-ci ilin son rübündə əvvəlki rüblə müqayisədə 2,4 faiz artaraq 16,9 trilyon dollara çatıb.
Ev təsərrüfatlarının borcu keçən ilin dördüncü rübündə əvvəlki rüblə müqayisədə 394 milyard dollar, 2021-ci illə müqayisədə 2022-ci ildə isə 1,3 trilyon dollar artıb.
ƏN ÇOX BORC İPOTEKA KREDİTİ ÜZRƏDİR
Amerikalı ailələrin borclarında ən yüksək pay ipoteka (mənzil kreditləri) üzrədir. İpoteka borcları artmağıa davam edib, keçən ilin son rübündə əvvəlki rüblə müqayisədə 254 milyard dollar artaraq 11,9 trilyon dollara yüksəlib. İpoteka borcları 2022-ci ildə 2021-ci illə müqayisədə 993 milyard dollar artıb.
Keçən ilin sonunda ABŞ-lıların digər ən çox borcları 1,6 trilyon dollarla tələbə kreditləri, 1,55 trilyon dollarla avtomobil kreditləri və 986 milyard dollarla kredit kartları üzrə olub.
2022-ci ildə tələbə kreditlərindən yaranan borc əvvəlki ilə nisbətən 19 milyard dollar, avtomobil kreditləri borcları 94 milyard dollar, kredit kartı borcları isə 130 milyard dollar artıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
58 d. əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 18 saat əvvəl
-
-
18 saat əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 21 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi






.jpg)
.jpg)





.jpg)






