Aprel ayında Rusiyadan Pakistana ucuz neft axmağa başlayacaq
Pakistanın neft naziri Malik: Aprel ayında Rusiyadan ucuz xam neft gəlməyə başlayacaq"Rusiya xam neftinin Pakistana idxalı onun tədarükü şərtləri ilə bağlı danışıqlar başa çatdıqdan sonra aprel ayında başlayacaq".
Marja xəbər verir ki, bunu ölkənin dövlət neft naziri Musadıq Malik bildirib.
Bundan əvvəl Rusiya Federasiyasının energetika naziri Nikolay Şulqınov bildirmişdi ki, martın sonuna qədər Rusiya və Pakistan Rusiya neftinin tədarük həcmini müəyyən edəcək, logistika, sığorta və ödənişlə bağlı bütün məsələləri həll edəcək.
"Mart ayında Rusiya ilə razılaşmanın bütün kommersiya şərtləri yekunlaşacaq, bundan sonra Pakistana ucuz xam neft axmağa başlayacaq. Bu, hər iki ölkə üçün faydalı olacaq", - "The News" Malikdən sitat gətirib.
Bundan əvvəl Pakistan Rusiya ilə razılaşmaya uyğun olaraq, bu ilin sonunadək həyata keçiriləcək və mayeləşdirilmiş təbii qaz, boru kəməri qazı və digər neft məhsullarının idxalını əhatə edən kompleks enerji təhlükəsizliyi planının hazırlanması üzərində işə başlayıb.
"Xam neft, mayeləşdirilmiş təbii qaz, benzin və digər yanacaq növləri bu strategiyaya daxil ediləcək və bunun Pakistanın enerji təhlükəsizliyini artıracağı gözlənilir", - nazir bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)







.jpg)







