Bu işə hobbi kimi başlasa da, indi satışından yaxşı qazanc əldə edir
Eynulla Cəlalov boş vaxtlarında həyətindəki emalatxanada bambukdan əsasən çarpayı, masa, stul, kreslo, kitab rəfi düzəldir və satır.Lənkəran rayonunun Talışlı kənd sakini Eynulla Cəlalovun maraqlı hobbisi var. O, 15 ilə yaxındır ki, bambuk ağacından müxtəlif məişət əşyaları hazırlayır.
Çində “həyat ağacı” adlandırılan bambuk Lənkəran rayonuna ötən əsrin sonlarında gətirilib. Rütubətə, günəşə tələbkar olan bu bitki yağıntılı iqlimə malik cənub bölgəsinə tez uyğunlaşıb.
Eynulla Cəlalov bildirib ki, Lənkəranda əkilən bambuk ağacının hündürlüyü 20 metrə qədər olur, diametri isə yaşına uyğun genişlənir. Bu bitkinin xüsusi becərilmə qaydası var.
Həyətyanı torpaq sahəsində yetişdirilən mindən çox bambuk ağacı bu gün əl işləri hazırlamaqda Eynulla Cəlalov üçün əvəzsiz xammaldır. O, boş vaxtlarında həyətindəki emalatxanada bambukdan əsasən çarpayı, masa, stul, kreslo, kitab rəfi düzəldir. Bu əşyaların hər birinin hazırlanması üçün səbir, dözüm, ən başlıcası isə bacarıq lazımdır.
Bambuk ağacının xüsusiyyətlərindən söz açan usta bildirir ki, bu, çox nəvaziş və qulluq tələb edən bitkidir. Yaxşı qulluq olunan hər bir ağac 6 həftəyə böyüyüb boy atır. İkinci ildən isə inkişaf etməyə başlayaraq, möhkəmlənir. Bambuk ağacları müxtəlif diametrlərdə olur.
Eynulla Cəlalov xammal kimi əsasən üçillik bambuk ağaclarından istifadəyə üstünlük verir. Hazırladığı əşyalara alıcıların marağı böyükdür. Deyir ki, bu işə hobbi kimi başlasa da, indi əl işlərinin satışından yaxşı qazanc əldə edir.
Qeyd edək ki, Eynulla Cəlalov mədəniyyət işçisidir. Düzəltdiyi məişət əşyaları dəfələrlə rayonda keçirilən sənətkarlıq sərgilərində nümayiş etdirilib. O, bu işlərə görə fəxri fərmanlara, “Ustad sənətkar” diplomuna da layiq görülüb.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
22 d. sonra
“Azpetrol LTD” MMC “Top 100” vergi ödəyicisi siyahısında 38-ci yerdə
-
22 d. əvvəl
Kart ödənişləri üzrə komissiyalara yuxarı hədd müəyyən edilib
-
- 52 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azercell-dən “MiFi” və “Wi-Fi” cihazları ilə istənilən yerdə onlayn ol!
-
2 saat əvvəl
Enerji Məsələlərini Tənzimləmə Agentliyi və TuranBank arasında əməkdaşlıq müqaviləsi imzalanıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
Vüqar Namazov: "1,5 milyona yaxın olan müştəri bazamız üzərindən "PAŞA Bank"ın yanındayıq"
- 3 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
“Azpetrol LTD” MMC “Top 100” vergi ödəyicisi siyahısında 38-ci yerdə
Kart ödənişləri üzrə komissiyalara yuxarı hədd müəyyən edilib
Birbank Invest-lə PAŞA Bank səhmdarı ol
Azərbaycan iqtisadiyyatı cüzi kiçilib
Enerji Məsələlərini Tənzimləmə Agentliyi və TuranBank arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Ən çox oxunanlar
Aprelin 14-də gözlənilən hava şəraiti
Vüqar Namazov: "1,5 milyona yaxın olan müştəri bazamız üzərindən "PAŞA Bank"ın yanındayıq"
Birjanın sədri: "Bəzi telekommunikasiya,istehsal və tikinti şirkətləri yaxın illərdə IPO-ya çıxmağa namizəd ola bilərlər"
"ABB Invest "vasitəsilə "PAŞA Bank" səhmlərinin sahibi olun!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Tarixi an: PAŞA Bank səhmlərinin abunə yazılışı başladı!




.jpg)





.jpg)






