Dünyada hər 10 Baş direktordan 8-i işçilərin sayını artırmağı planlaşdırır
KPMG International-ın apardığı araşdırmaya görə, istehsal sektorundakı CEO-ların (Baş direktor) 84%-i qarşıdakı 3 ildə işçilərin sayını artırmağı planlaşdırdıqlarını bildirib.KPMG-nin "Global Industrial Manufacturing Indusights" araşdırması dərc olunub.
Marja araşdırmaya istinadən xəbər verir ki, istehsal sektorundakı 10 Baş direktordan (CEO) 8-i işçilərin sayını artırmağı planlaşdırır.
KPMG International CEO-ların prioritetlərini müəyyən etmək üçün iri istehsal şirkətləri üzrə 146 CEO-nun iştirakı ilə sorğu keçirib.
Sorğuya əsasən, CEO-ların 68 faizi qlobal bağlanma halında öz təchizat zəncirlərinin dəyişikliklərdən və/və ya çətinliklərdən sağ qalmasını təmin etməyin onların birinci prioriteti olduğunu bildirib.
CEO-lardan böyümə hədəflərinə nail olmaq üçün vacib əməliyyat prioritetlərinin nə olduğu soruşulduqda, cavab 24 faizlə “Fəaliyyət göstərdiyimiz bütün sahələrdə rəqəmsallaşma və kommunikasiyanın təkmilləşdirilməsi/artırılması” olub.
Tədqiqata görə, qlobal pandemiya, iqlim dəyişikliyi və geosiyasi inkişaflar sənayeni əvvəlkindən daha çox diqqəti iki istiqamətli transformasiyaya yönəltməyə məcbur edib: ağıllı rəqəmsallaşma və ESG (ekoloji, sosial və idarəetmə).
55%-i texnologiyaya sərmayə yatırmağı planlaşdırır
Araşdırmaya görə, sektordakı CEO-ların 84%-i qarşıdakı 3 ildə işçilərin sayını artırmağı planlaşdırdıqlarını açıqlayıb. Respondentlərin 45 faizi artım hədəflərinə çatmaq üçün işçi qüvvəsinin bacarıqlarının artırılmasına sərmayə yatırdıqlarını, daha böyük bir hissəsi (55 faiz) isə yeni texnologiyalara sərmayə qoyduqlarını bildirib. CEO-lar "Hibrid işin getdikcə daha çox yayıldığı bir mühitdə işçiləri məşğul, motivasiyalı və məhsuldar saxlamaq üçün ən vacib amillər hansılardır?"sualına, 38 faizlə “Rəqəmsal təhsilə investisiya etmək, işçilərin bacarıqlarının gələcəyə yönəlməsini təmin etmək üçün yeni bacarıqların inkişafı və öyrənilməsi” cavabı olub.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
Prezident, birinci xanım və qızları sərgilər ilə tanış olublar
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bakı Fond Birjasında ticarət dövriyyəsi 12 milyard manata yaxın və ya 43% azalıb
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
Azərbaycan şirkəti ilk dəfə banan yetişdirir
"Expressbank"da yeni təyinatlar olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
“Alfa Kapital BOKT”ın mənfəəti 89% artıb
BOKT-un təsisçilərinin pay bölgüsü dəyişib
Kaya Kallas Azərbaycana səfərə gəlib
Paşinyan: Azərbaycanla yolların tam açılacağına şübhəm yoxdur
"FİDAN" MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Mayın 6-da gözlənilən hava şəraiti














.jpg)







