FT: Avrozona iqtisadiyyatı enerji böhranı səbəbindən 2023-cü ildə kiçiləcək
Enerji böhranı 2023-cü ildə avrozona iqtisadiyyatında daha da tənəzzülə səbəb olacaq.
Marja xəbər verir ki, bu barədə çərşənbə günü iqtisadçılara istinadən "Financial Times" FT qəzeti yazıb.
İqtisadçıların fikrincə, yüksək inflyasiya və enerji resurslarının çatışmazlığı istehsalın daha da azalmasına və əmək bazarında vəziyyətin pisləşməsinə səbəb olacaq. Belə ki, avrozona iqtisadiyyatının gələn il 0,01% azalacağı proqnozlaşdırılır. Avropa Komissiyası və Avropa Mərkəzi Bankı (AMB) isə müvafiq olaraq 0,3% və 0,5% artım proqnozlaşdırmışdı. Ekspertlərin fikrincə, gələn il qiymətlər orta hesabla 6%-dən çox, işsizlik səviyyəsi isə 2023-cü ilin sonuna qədər 6,5%-dən 7,1%-ə yüksələcək.
Qəzetin sorğusuna qatılan 37 iqtisadçının 90%-i avrozonanın artıq tənəzzülə uğradığına inanır, həmçinin növbəti il ərzində ÜDM-in azalacağını proqnozlaşdırır. Enerji təchizatındakı şokun yaratdığı "həddindən artıq inflyasiya" ilə mübarizə aparmaq üçün Avropa Mərkəzi Bankının (ECB) faiz dərəcələrini daha da artırması, "avrozonada ciddi tənəzzülə səbəb olacaq".
Avrozonada inflyasiya yanvar-oktyabr ayları ərzində 10,6%-ə çatıb ki, bu da 2%-lik hədəfdən 5 dəfə çoxdur. Dekabrın 15-də ECB baza faiz dərəcəsini ardıcıl dördüncü dəfə 50 baza bəndi artıraraq 2,5%-ə qaldırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 7 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
-
3 saat əvvəl
"Bir" İçərişəhərin rəqəmsallaşdırılmasına dair Anlaşma Memorandumu imzalayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Tramp: Netanyahu mən nə istəsəm, onu edəcək
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Ən çox oxunanlar
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)







.jpg)








