AQTA sədri "Rosselxoznadzor"un rəhbəri ilə görüşüb
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin rəhbərlik etdiyi nümayəndə heyətinin Rusiyaya işgüzar səfəri çərçivəsində dekabrın 22-də Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) rəhbəri Sergey Dankvert ilə görüşü keçirilib.
Görüşdə qida təhlükəsizliyi ilə bağlı ikitərəfli münasibətlər, həmçinin imzalanması nəzərdə tutulan “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında Saziş” layihəsinin razılaşdırılması, FGIS “Argus-Fito” və “AQTIS” sistemlərinin inteqrasiyası üzrə işlərin davam etdirilməsi barədə müzakirələr aparılıb.
Görüş zamanı AQTA sədri 2023-cü il 1 yanvar tarixindən qüvvəyə minəcək “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, ölkəmizə qida və yem məhsullarının, o cümlədən qida ilə təmasda olan material və məmulatların idxalı ilə əlaqədar nəzərdə tutulan yeniliklərdən söz açıb.
Eyni zamanda Rusiyadan ölkəmizə idxal olunan qida məhsulları partiyalarında aşkarlanmış uyğunsuzluqların gələcəkdə təkrarlanmaması və aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi, o cümlədən idxal-ixrac prosesləri zamanı ortaya çıxan texniki çətinliklərə çevik reaksiya verilməsi məqsədilə təkliflər irəli sürülüb.
Görüşdə həmçinin iki qurumun mütəxəssislərinin iştirakı ilə baytarlıq preparatlarının dövriyyəsinə nəzarətin (farmakonəzarət) həyata keçirilməsi, bitki mühafizəsi vasitələrinin dövriyyəsinə nəzarətin təşkili, ekspertizası və texniki tənzimləməsi, qida təhlükəsizliyi və heyvan sağlamlığı istiqamətində tətbiq edilən seçilmiş metodların tətbiqi, validasiya və verifikasiya proseslərinin öyrənilməsi üzrə təcrübə mübadiləsinin təmin edilməsi müzakirə olunub.
Tədbirdə ikitərəfli əməkdaşlığın gündəliyinə daxil olan və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
8 d. əvvəl
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
-
- 19 d. əvvəl
- 24 d. əvvəl
-
42 d. əvvəl
“Bağçalı” otelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub
- 45 d. əvvəl
- 50 d. əvvəl
- 55 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlib
Azərbaycan neftinin son qiyməti
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb
Ən çox oxunanlar
Azərbaycanda median aylıq kirayə haqqı 1000 manatı keçib
Rəsmi məzənnələr açıqlandı
Bank sektorunda təmərküzləşmə azalıb
Sığorta sektorunun zərərlilik dərəcəsi artıb
BOKT sektorunun xalis kredit portfeli 30 faizə yaxın artıb





.jpg)
.jpg)









.jpg)





