Avropa Mərkəzi Bankı faizini daha da artırdı
Avropa Mərkəzi Bankı (AMB) dekabr iclasında uçot dərəcəsini 50 baza bəndi artırıb. Açıqlamada faiz dərəcələrinin əhəmiyyətli dərəcədə və mərhələli şəkildə artmağa davam etməli olduğu bildirilib.Avropa Mərkəzi Bankının (AMB, ECB) İdarəetmə Şurası cümə axşamı keçirilən iclasında əsas faiz dərəcəsini 50 baza bəndi artıraraq illik 2%-dən 2,5%-ə qaldırıb.
Marja.az xəbər verir ki, Bank inflyasiya hədəfi olan 2%-ə çatmaq üçün faizin artırılmasını zəruri hesab edir.
AMB əsas yenidən maliyyələşdirmə dərəcəsini 2,5 faizə, marjinal kreditləşmə dərəcəsini 2,75 faizə, depozit dərəcəsini isə 2 faizə yüksəldib.
“Şura hesab edir ki, inflyasiyanın 2%-lik ortamüddətli hədəfə vaxtında qaytarılmasını təmin etmək üçün faiz dərəcələri hələ də əhəmiyyətli dərəcədə yüksəlməlidir”, - açıqlamada deyilir.
Avropa Mərkəzi Bankı 2022-ci ildə avrozona iqtisadiyyatının artımı ilə bağlı proqnozunu sentyabrda gözlənilən 3,1%-dən 3,4%-ə yüksəldib.
Eyni zamanda, 2023-cü il üçün proqnoz sentyabrda nəzərdə tutulan 0,9%-dən 0,5%-ə endirilib. 2024-cü il üçün proqnoz dəyişməyərək 1,9% səviyyəsində qalıb.
AMB 2022-ci ildə Avro zonasında inflyasiya proqnozunu da artırıb - indi onun sentyabrda gözlənilən 8,1% əvəzinə 8,4% olacağını gözləyir.
Avro zonasında 2023-cü il üçün istehlak qiymətlərinin artımı proqnozu da 5,5%-dən 6,3%-ə, 2024-cü il üçün isə 2,3%-dən 3,4%-ə qaldırılıb.
2022-ci ilin son iclasında Avropa Mərkəzi Bankı da faiz artım sürətini yavaşladan mərkəzi banklara qoşuldub. Bank əvvəlki iclasda faizlərini 75 baza bəndi artırmışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
36 d. əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
52 d. əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
56 d. əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
2 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 2 saat əvvəl
-
2 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























