Hindistan Mərkəzi Bankı faiz dərəcəsini maksimuma qaldırdı
Hindistan Ehtiyat Bankı (RBI, Mərkəzi Bank) çərşənbə günü əsas faiz dərəcəsini 35 bənd artıraraq 6,25%-ə çatdırıb.Hindistan Ehtiyat Bankı (RBI, Hindistan Mərkəzi Bankı) ardıcıl beşinci iclasında da əsas faiz dərəcəsini artıraraq, 2019-cu ilin mart ayından bəri ən yüksək səviyyəyə çatdırıb.
Marja xəbər verir ki, REPO dərəcəsi 35 baza bəndi (bp) artırılaraq illik 6,25%-ə çatdırılıb. "The Wall Street Journal"ın sorğusuna qatılan ekspertlər də faiz artımının 35 baza bəndi olacağını proqnozlaşdırırdılar.
Hindistan Mərkəzi Bankı ölkənin aprel ayında başlayan cari maliyyə ili üçün ÜDM artımı proqnozunu 7%-dən 6,8%-ə endirib və inflyasiya proqnozunu 6,7%-də saxlayıb.
RBI rəhbəri Şaktikanta Das bildirib ki, Hindistan iqtisadiyyatı üçün artım proqnozu, gözləntilərin pisləşməsinə baxmayaraq, qlobal fəaliyyətdə ümumi azalma nəzərə alınmaqla kifayət qədər güclüdür.
“Biz inflyasiya ilə mübarizəni davam etdirməliyik",- o deyib.
"Pul Siyasəti Komitəsi (MPC) yekdilliklə repo dərəcəsinin 35 baza bəndi artırılaraq 6,25%-ə yüksəldilməsinə səs verib. Faiz artımı inflyasiyanın hədəf daxilində saxlanmasına və iqtisadi artımın təmin olunmasına xidmət edəcək", - " The Economic Times " qəzeti yazır .
Oktyabrda Hindistanda istehlak qiymətləri illik müqayisədə 6,8% artıb. Sentyabrda inflyasiya 7,4% təşkil etmişdi. İnflyasiya Mərkəzi Bankın hədəf diapazonundan (2-6%) yuxarı qalmaqdadır.
RBI cari sərtləşdirmə dövrünə may ayında, təxminən dörd il ərzində ilk dəfə dərəcələri 40 bənd artırdığı zaman başlayıb. Bunun ardınca Mərkəzi Bank iyun, avqust və sentyabr aylarında uçot dərəcəsini hər dəfə 50 baza bəndi artırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 8 d. əvvəl
-
- 17 d. əvvəl
- 21 d. əvvəl
-
38 d. əvvəl
Azərbaycana 4 ayda təxminən 100 milyon dollarlıq buğda idxal olunub -10 FAİZ ARTIB
- 1 saat əvvəl
-
1 saat əvvəl
Əczaçılıq məhsullarının idxal dəyəri artıb, həcmi azalıb - 4 AYDA 170 MİLYON DOLLARLIQ İDXAL
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Rəsmi məzənnələr açıqlandı
Azərbaycana tütün və tütün məmulatlarının idxalı 20% artıb
Kərə yağı idxalı azalıb, bitki yağlarının idxalı isə artıb
Ən çox oxunanlar
Süd və qaymaq idxalı 54,9% artıb
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 25 GÜN
Yeyinti məhsullarının idxalı 46,3 milyon dollar artıb
Tramp: Sabah İrana hücum etməyəcəyik
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Şəkər ixracı 4 dəfədən çox artıb






.jpg)
.jpg)















