Bu il Dolların bahalaşmasının yarısı silinib
Qlobal bazarlarda dollar bu il FED-in aqressiv faiz artımlarına son qoyacağı gözləntiləri və Çin iqtisadiyyatının yenidən açılacağına dair optimizm ilə yüksəlişinin yarısından çoxunu geri qaytarıb.
Bloomberg Dollar İndeksi 2022-ci ildəki 16 faizlik qazancının bir hissəsini qaytarıb və artıq indeks ilin əvvəlindən bu yana 7 faiz artıb.
ABŞ-da inflyasiyanın gözləniləndən çox yavaşlaması və FED sədri Jerome Powell-in faiz artım tempinin aşağı düşəcəyinə işarə etməsi dolların yenidən ucuzlaşmağa başlamasına səbəb olub.
Bloomberg Dollar İndeksi bu səhər Asiya sessiyasında 0,4 faiz geriləyərək iyunun 28-dən bəri ən aşağı səviyyəyə düşüb.
Dünyanın ikinci ən böyük iqtisadiyyatı olan Çinin Şanxay və Hançjou şəhərlərində bəzi Kovid məhdudiyyətlərinin yumşaldılması da dolların ucuzlaşmasına səbəb olur.
Dollar İndeksi isə, ötən həftə ərzində ümumilikdə 1,3 faiz düşdükdən sonra bu səhər təxminən 0,4% də geriləyərək zəif olaraq qalır. Dollar indeksi (ABŞ-ın ticarət tərəfdaşları olan altı ölkənin valyuta səbətinə nisbətdə məzənnə) 0,37% azalaraq 104,16 bənd təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
5 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
5 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
6 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
7 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 7 saat əvvəl
-
7 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)





