Dollarda geriləmə davam edərsə Avro və Funt bahalaşa bilər - GÜNƏ BAXIŞ
Dünən FED 1-2 noyabr tarixlərində keçirilən Federal Açıq Bazar Komitəsinin (FOMC) iclasının protokollarını dərc edib.
Uçot dərəcəsinin 75 baza bəndi artırılaraq 3.75-4.00% aralığına qaldırıldığı son iclasın protokollarında qarşıdakı iclaslarda faiz artımı tempinin aşağı düşə biləcəyinə dair siqnallar diqqət çəkdi.
Protokollarda bəzi FED rəsmilərinin faiz dərəcələrinin sürətlə artmasından irəli gələn risklərə diqqət çəkdiyi, bəzi üzvlərin isə faiz artımının yavaşlamasının bazarlarda mümkün volatillik ehtimalını azalda biləcəyini qeyd etdiyi bildirilib.
Hazırda birjalar FED-in dekabr toplantısında uçot dərəcələrini 75% ehtimalla 0.50%, 25% ehtimalla isə 0.75% artıracağı proqnozlarını qiymətləndirir. FED-in fevral iclasında isə uçot dərəcələrini 0.50% artıracağı ilə bağlı ehtimallar 50%-in üzərindədir. Bu isə dollar indeksinin yenidən 105 bənd hədlərinə qədər geriləməsinə səbəb oldu. Təhlillərə əsasən dollar indeksindəki geriləmə davam edərsə, EUR/USD və GBP/USD cütlükləri müvafiq olaraq 1.05$ və 1.22$-a kimi bahalaşa bilər.
Son 2 ayda üfüqi tendensiya sərgiləməsi ilə diqqət çəkən USD/TRY cütlüyündə tendensiyanın gələcək taleyinə bu gün keçiriləcək toplantısı zamanı Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının verəcəyi faiz qərarı aydınlıq gətirə bilər. Ehtimal olunduğu kimi uçut dərəcələri 9.00%-ə endirilərsə, bu lirənin ucuzlaşmasına səbəb ola bilər.
Dollar indeksindəki geriləmə fonunda qızıla tələb yenidən artır. Hazırda dünya birjalarında 1754$-dan təklif olunan qiymətli metalın bir unsiya üzrə dəyəri 1750$ həddinin üzərində möhkəmlənə bilsə, 1776$-a kimi bahalaşa bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
5 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
5 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
5 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
6 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 7 saat əvvəl
-
7 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























