"3 ölkə məzənnə böhranı riski ilə qarşı-qarşıyadır"
Yaponiyanın maliyyə xidmətləri şirkəti "Nomura"nın analitiklərinin fikrincə, 2023-cü ildə Çexiya, Rumıniya və Macarıstan məzənnə böhranı ilə üzləşə bilər.
Analitiklərə görə, məzənnə böhranı maliyyə risklərinin və xarici təhlükələrin artması ilə əlaqədar olaraq reallaşa bilər.
Marja xəbər verir ki, "Nomura"nın xəbərdarlığı məzənnə böhranlarını aşkar etmək üçün qurulan və qısamüddətli real faiz dərəcələri, maliyyə və cari əməliyyatlar balansları kimi göstəricilərə əsaslanan bir model olan Damocles indeksinə əsaslanır.
Analitiklər Macarıstan forintinin bu il ən pis performans göstərən inkişaf edən ölkə valyutası olduğuna diqqət çəkərək, Rumıniya və Çex valyutalarının da bu il dollar qarşısında 8 faizdən çox dəyər itirdiyini xatırladıblar.
İnkişaf etməkdə olan ölkələrin valyutalarında kövrəkliyin son 20 ildə ən yüksək həddə çatdığını qeyd edən analitiklər, risklərin geniş vüsət aldığını bildiriblər.
Həmçinin analitiklər Misir, Şri-Lanka, Türkiyə və Pakistanın da valyutalarının ucuzlaşdığını vurğulayıblar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
3 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
3 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
3 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
4 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 5 saat əvvəl
-
5 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb






















.jpg)




