Energetika Nazirliyi və AYİB Anlaşma Memorandumu imzalayacaq
Energetika nazirinin müavini Samir Vəliyev Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Qafqaz üzrə regional direktoru Katarina Bjorlin Hansenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Azərbaycan və AYİB arasında elektroenergetika, bərpa olunan enerji və enerji səmərəliliyi sahələrinin inkişafı istiqamətində mövcud əməkdaşlıq və gələcək perspektivlər müzakirə edilib.
Bankla birgə həyata keçirilən layihələrin icra vəziyyəti, aşağı karbonlu elektroenergetika sektorunun inkişafı, kiçik miqyaslı bərpa olunan enerji layihələri üzrə görülən işlər nəzərdən keçirilib, “Azərbaycan Respublikasında bərpa olunan enerji mənbələri üzrə hərracların keçirilməsinə dəstək layihəsi” çərçivəsində hazırlanan sənəd layihələri barədə məlumat mübadiləsi aparılıb.
Görüşdə, həmçinin işğaldan azad olunmuş ərazilərin “yaşıl enerji” zonasına çevrilməsi, bu ərazilərdə 2050-ci ilədək "sıfır emissiya" zonasının yaradılması, eləcə də dənizdə külək enerjisi layihələrinin reallaşdırılması istiqamətində görülən tədbirlərdən bəhs edilib. Bərpa olunan enerji sahəsində həyata keçirilməsi nəzərdə tutulan potensial enerji layihələri barədə müzakirələr aparılıb.
Energetika Nazirliyi və AYİB arasında imzalanması nəzərdə tutulan Azərbaycanın elektroenergetika sektorunun inkişafı ilə bağlı texniki dəstəyə dair Anlaşma Memorandumu ətrafında fikir mübadiləsi də aparılıb və sənədin yaxın gələcəkdə imzalanmasına dair razılıq əldə olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
10 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır


















.jpg)




