ABŞ-da qazılan neft quyuları azaldı, neft qalxdı
ABŞ-da qazılan neft quyularının sayı, 26-30 İyunu əhatə edən həftədə 756-ya geriləyib.Qazılan quyuların sayı barədə məlumat ABŞ-ın neft sənayesinin vəziyyəti və qısa dövr xam neft hasilatı haqqında göstərici qəbul edilr.
Neft sahəsinə xidmət göstərən şirkətlərdən biri olan Baker Hughes-in həftəlik məlumatına görə, Amerikanın neft sənayesində bu həftə qazılan neft quyularından 2-sində işlər dayandırılıb.
Beləliklə, 23 həftə ardıcıl artdıqdan sonra bu həftə qazılan quyuların sayı azalaraq 756-ya düşüb.
Digər tərəfdən, yanvar ayında 522 olan qazılan quyuların sayı son 24 həftədə 45 faiz artıb.
ABŞ-da cəmi qazılan quyuların sayı 2014-cü ilin oktyabr ayında 1609 ilə ölkə tarixindəki ən yüksək səviyyə qalxmışdı. Aşağı neft qiymətlərinin Amerikanın neft sənayesinə mənfi təsir etməsilə ötən ilin may ayında qazılan quyuların sayı 316-ya geriləmiş, 80 faiz azalma qeyd etmişdi.
NEFT HASİLATI DA AZALIB
Ötən həftə ABŞ-ın xam neft istehsalında kəskin azalma baş verib.
ABŞ Enerji İnformasiya İdarəsinin (EIA) çərşənbə günü açıqladığı məlumatlara görə, ölkədə xam neft istehsalı keçən həftə gündəlik orta hesabla 100 min barellik azalma ilə 9,25 milyon barrelə enib.
AŞAĞI NEFT QİYMƏTLƏRİ MƏNFİ TƏSİR EDİB
Mütəxəssislər, ötən həftə xam neft qiymətlərinin kəskin düşməsinin ABŞ-da neft istehsalına mənfi təsir etdiyinə diqqəti çəkərək, qiymətlər 43 dollardan aşağı düşdüyü halda ölkədə hasilatın sərfəsiz olduğunu qeyd edirlər.
Ötən həftə ABŞ-da Qərbi Texas neftinin barrel qiyməti 42,05 dollara qədər düşərək 2016-cı ilin Avqust ayından bu yana ən aşağı səviyyəsini görmüşdü.
Məlumatın açıqlanmasından sonra neft qiymətləri 1%-dən çox artıb. Brent neftinin qiyməti 48,10 dollara, Texas nefti isə 46,30 dollara qalxıb.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
17 saat əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 19 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir
Mənfəəti artsa da, “Embafinans”da risk siqnalları güclənib
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb






.jpg)
.jpg)





.jpg)



.jpg)








