İnşaat Həftəsi sabah öz qapılarını açır
Oktyabr ayının 19-dan 21-dək 2-ci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” Rebuild Karabakh, 27-ci Azərbaycan Beynəlxalq İnşaat “BakuBuild” və 14-cü Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu “Aquatherm Baku” sərgilərini bir araya gətirən Xəzər İnşaat Həftəsi keçiriləcək.
Gözlənilən bu tədbir Bakı Ekspo Mərkəzinin 2 zalında və foyesində yer alacaq.
“Caspian Event Organisers” şirkətinin baş direktoru Fərid Məmmədovun sözlərinə görə, bu il sərgilər ötən illə müqayisədə ekspozisiyada 10% artım nümayiş etdirir: “İnşaat Həftəsində dünyanın 17 ölkəsindən 300-dən çox şirkət iştirak edir. İştirakçılar arasında həm daimi, həm də yeni şirkətlər var. Almaniya, Birləşmiş Ərəb Əmirlikləri, İran, Rusiya və Türkiyə milli və regional pavilyonları təmsil edir. Bu göstəricilər tikinti sənayesinin intensiv inkişafını, eləcə də biznes tərəfdaşı kimi Azərbaycana olan tükənməz marağı sübut edir.
“Caspian Event Organisers” şirkətinin yaydığı məlumatda bildirilir ki, ikinci dəfə keçiriləcək Rebuild Karabakh sərgisi yeni şirkətləri öz sıralarına qəbul edərək müsbət dinamika nümayiş etdirməsi xüsusilə qürur hissi oyadır. Hazırda ölkə rəhbərliyinin nəzarəti altında işğaldan azad edilmiş ərazilərdə Qarabağın, xüsusilə Şuşa şəhərinin tarixi simasını bərpa etmək məqsədilə genişmiqyaslı yenidənqurma və bərpa işləri aparılır. Azərbaycan prezidenti İlham Əliyev 2022-ci ili “Şuşa İli” elan edib. 2022-ci ilin birinci yarısında əsas kapitala (binaların, infrastrukturun, sənaye obyektlərinin tikintisi) və Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının inkişafına yönəldilən investisiyaların ümumi həcmi 1,76 milyard manat təşkil edib. Cari ilin yekunlarına görə, özəl investisiyaların ümumi həcminin 300 milyon manat olacağı gözlənilir. Xarici podratçıları və investorları cəlb etməklə Qarabağ üçün investisiyaların həcmi xeyli arta bilər. Rebuild Karabakh sərgisinin əsas məqsədi də budur. Təqdim olunan innovativ məhsullar, xidmətlər və həllərin müxtəlifliyi Qarabağda birgə layihələrin həyata keçirilməsi üçün müxtəlif sənaye sahələrinin nümayəndələri arasında yeni müqavilələr bağlamaq imkanı yaradır.
Bütün bunlar sərginin aktuallığını bir daha təsdiqləyir. Təqdim olunan innovativ məhsullar, xidmətlər və həllər Qarabağda birgə layihələrin həyata keçirilməsi üçün müxtəlif sənaye nümayəndələri arasında yeni müqavilələr bağlamaq imkanı yaradır.
Uzun tarixə malik olan BakuBuild və Aquatherm Baku özlərini möhkəmlətmiş və tikinti sənayesində innovativ mal və xidmətlərin ölkə bazarına çıxışı üçün daimi kanalları olan sərgilər, qısa müddətdə hədəf auditoriya ilə üzbəüz görüşlər keçirmək, yerində biznes qurmaq imkanı verəcək.
Onu da məmnuniyyətlə bildirmək istəyirəm ki, biz ötən il imzalanmış memorandum çərçivəsində Qarabağ Dirçəliş Fondu ilə əməkdaşlığı davam etdirəcəyik və buna əsasən iştirakçı şirkətlərin qeydiyyat haqlarının bir hissəsi Qarabağ Dirçəliş Fonduna köçürüləcək. Fonda ianə işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması ilə bağlı tapşırıqların icrası üçün əlavə dəstək olacaq.
Rebuild karabakh sərgisinin işgüzar proqramı Qarabağ və Şərqi Zəngəzur bölgələrinin tikinti və investisiya potensialını müzakirə etmək üçün yaxşı fürsət yaradacaq. Beləliklə, 19 oktyabr tarixində KOBİA ilə birgə təşkilatçılığı ilə Qarabağda biznes və investisiya imkanları mövzulu panel müzakirəsi keçiriləcək. Həmin gün Qarabağ Dirçəliş Fondun təşkilati dəstəyi ilə "Qarabağda Urbisid" fotosərgisinin nümayişi baş tutacaq.
Şəhər ərazilərində böhranların aradan qaldırılması və bərpa üzrə fəaliyyət - Ağalı kəndi və işğaldan azad edilmiş digər yaşayış məntəqələrinin yenidən qurulması haqqında qisametrajlı sənədli film təqdim olunacaq. Həmçinin “İnşaat İnsanları” foto qaleriyası Qaleriyada Azərbaycanın tikinti sahəsində çalışan ən nüfuzlu və ruhlandırıcı peşəkarlarının foto şəkilləri nümayiş olunacaq. Qalereya Azərbaycanın tikinti sənayesinin müxtəlifliyi, xarakteri və quruluşu ilə bağlı bədii və maarifləndirici fikirləri nümayiş etdiriləcək.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə, KOBİA-ya, Azpromo-ya, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Qarabağ Dirçəliş Fonduna, Azərbaycan Memarlar İttifaqına, ASK-a, eləcə də sərginin daimi iştirakçısı olan sponsorumuz - NB Group-a (Corella brendi) sərgilərə dəstək verdiklərinə görə təşəkkürümü bildirmək və Sizi oktyabrın 19-dan 21-dək Bakı Ekspo Mərkəzində keçiriləcək sərgilərə dəvət etmək istəyirəm”.
Qeyd edilib ki, üç gün ərzində sərgilərin iştirakçıları mal və xidmətlərin geniş çeşidini nümayiş etdirəcəklər. Beləliklə, Rebuild Karabakh sərgisi aşağıdakı sektorları: Təhlükəsizlik, Mədənçilik, İnformasiya Texnologiyaları, Yol Tikintisi və İnfrastruktur, Energetika və s. BakuBuild ekspozisiyası: tikinti materiallarının geniş çeşidini təqdim edir: fasadlar, pəncərələr, qapılar; dam örtüyü və izolyasiya; tikinti texnikası və texnologiyaları; haddelenmiş metal məmulatları; plitələr və daha çox. Aquatherm Baku: istilik sistemləri; borular və boru kəmərləri; santexnika və sanitar avadanlıq; su və kanalizasiya texnologiyaları; Hava kondisionerləri və s. əhatə edəcək.
Sərgilərin təşkilatçıları Caspian Event Organisers və Iteca Caspian şirkətləridir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 saat əvvəl
-
5 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
-
5 saat əvvəl
Tramp: İranın vurduğu təyyarələr danışıqlara təsir etməyəcək
- 5 saat əvvəl
-
5 saat əvvəl
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Aprelin 5-də gözlənilən hava şəraiti - Yağış yağacağı gözlənilir
-
7 saat əvvəl
Azərbaycanın avtomobil bazarında mühüm hadisə - OMODA və JAECOO rəsmi təqdim edildi
-
7 saat əvvəl
Uzaqgörən investorlar Dubayda əmlak alır - sən hələ gözləyirsən?
-
1 gün əvvəl
Milli Depozit Mərkəzinin sədri Türkiyənin bir qrup maliyyə qurumunun nümayəndələrilə görüşüb
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
Tramp: İranın vurduğu təyyarələr danışıqlara təsir etməyəcək
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
"Azərkəndtikinti” şirkətinə əlavə maya qoyulacaq
Aprelin 5-də gözlənilən hava şəraiti - Yağış yağacağı gözlənilir
Ən çox oxunanlar
Azərbaycanın avtomobil bazarında mühüm hadisə - OMODA və JAECOO rəsmi təqdim edildi
Uzaqgörən investorlar Dubayda əmlak alır - sən hələ gözləyirsən?
Milli Depozit Mərkəzinin sədri Türkiyənin bir qrup maliyyə qurumunun nümayəndələrilə görüşüb
"PAŞA Bank"ın səhmlərin ticarətə buraxılması üçün qərar verildi
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bank Respublika-nın sosial, təhsil və innovasiya sahəsində layihələri mükafata layiq görülüb
AccessBank-dan “Gül kimi” təklif

















