FED-in faiz dərəcələrini 75 bənd artıracağı gözlənilir
ABŞ Mərkəzi Bankının (FED) sədri Cerom Pauel (Jerome Powell) dünənki açıqlamalarında 20-21 sentyabr tarixlərində Federal Açıq Bazar Komitəsinin iclasındafaiz dərəcələrini 75 bənd artıra biləcəyinə işarə edib.
"Etdiyimiz kimi gecikmədən, birbaşa və güclü hərəkət etməliyik. Mən və həmkarlarım bu məqsədə qətiyyətlə sadiqik", - Pauell deyib.
Bank of America Corp., Barclays Plc və Jefferies LLC strateqləri bu açıqlamadan sonra faizin artırılması üzrə sentyabr ayı proqnozlarını 50 baza bəndindən 75 baza bəndinə yüksəldiblər. Oxşar proqnoz dəyişikliyini bir gün əvvəl Goldman Sachs da etmişdi. Swap treyderləri də bu ay 75 bənd artırıma 80% ehtimal verirlər.
Fed-in Çikaqo şöbəsinin rəhbəri Çarlz Evans dünən verdiyi açıqlamada, “Düşünürəm ki, yaxşı bir planımız var. Sentyabr ayında biz 75 baza bəndini yüksəldə bilərik. Hələ son qərarımı verməmişəm. Amma mən bilirəm ki, biz faiz dərəcələrini indi olduğundan xeyli yuxarı qaldırmalıyıq”, - deyib.
Yeri düşmüşkən, ABŞ-da ipoteka faizlərinin 2008-ci ildən bəri ən yüksək həddə çatması mənzil bazarında yavaşlamanın getdikcə dərinləşdiyini göstərir. Freddie Mac-a görə, 30 illik ev krediti üzrə orta faiz dərəcəsi keçən həftə 5,66%-dən 5,89%-ə yüksəlib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
7 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
7 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
7 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
9 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 9 saat əvvəl
-
9 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb






















.jpg)




