"Qərb, uğursuz cəhdlərinə baxmayaraq Rusiyaya qarşı yeni cəbhə açır" - NEFT QİYMƏTLƏRİ DAHA DA ARTA BİLƏR
G7-nin maliyyə nazirləri Rusiya neftinin qiymətini məhdudlaşdırmaq planını təsdiqləyəcəklər - WSJYeddilik ölkələrinin (G7) maliyyə nazirləri cümə günü keçiriləcək iclasda Rusiya neftinin qiymətinin məhdudlaşdırılması planını təsdiq edəcəklər.
Marja xəbər verir ki, bu barədə çərşənbə günü mənbələrə istinadən The Wall Street Journal (WSJ) məlumat yayıb.
Sənədin məzmunu ilə tanış olan nəşrin həmsöhbətlərinin sözlərinə görə, planda Rusiya neft məhsulları üçün qiymət həddinin müəyyən edilməsi də nəzərdə tutulur. Qəzet yazır: "Qərb, Rusiyanın enerji gəlirlərini azaltmaq üzrə böyük ölçüdə uğursuz cəhdlərində yeni cəbhə açır. Rəsmilər qiymət həddinin necə işləyəcəyi ilə bağlı bir sıra çətin sualları həll etməyə çalışırlar".
Nəşrdə qeyd edilib ki, dekabr ayına qədər məhdudiyyətlərin yekun mexanizmi hazırlanmalıdır. G7 ölkələri Rusiya neftinin qiymətlərini onun hasilat maya dəyərindən yuxarı, lakin hazırkı bazar qiymətlərindən xeyli aşağı müəyyən etmək niyyətindədir.
Təşəbbüsün müəllifləri ehtiyat edirlər ki, tədbirlər Rusiya Federasiyasını hasilatı azaltmağa məcbur edə və dünya enerji qiymətlərinin daha da artmasına səbəb ola bilər.
ABŞ-ın maliyyə naziri Janet Yellen çərşənbə günü Vaşinqtonda britaniyalı həmkarı Nadeem Zahavi ilə görüşü zamanı bildirib ki, G7 ölkələri Rusiya neftinin qiymətinin məhdudlaşdırılmasında əhəmiyyətli irəliləyiş əldə ediblər.
Avropa İttifaqı və ABŞ-ın Rusiya neftinin alınmasına tətbiq etdiyi embarqo qiymətlərin kəskin artmasına səbəb olub. Bu, Rusiya Federasiyasına böyük həcmdə xammalı kiçik endirimlə satmaqla da olsa digər bazarlara - ilk növbədə Hindistan və Çinə yönləndirməyə və hətta gəlirləri artırmağa imkan verib. Avropa İttifaqı və ABŞ inflyasiyanın yayılma təsiri də daxil olmaqla itkilərə məruz qalır.
Rusiya Federasiyası Baş nazirinin müavini Aleksandr Novak bu cür addımları bazar mexanizmlərinə müdaxilənin növbəti cəhdi adlandırıb, onun fikrincə, bu, yalnız bazarda balansın pozulmasına, enerji resurslarının çatışmazlığına və qiymətlərin artmasına gətirib çıxara bilər.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 7 saat əvvəl
-
-
1 gün əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 3 gün əvvəl
-
3 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 3 gün əvvəl
-
3 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
3 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
İş əlcəkləri istehsalı müəssisəsinin açılışı oldu
Azərbaycanda beynəlxalq sığorta forumu keçiriləcək
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)
.jpg)





.jpg)









