Azərbaycanda Aİ-92 markalı benzinin və dizelin aksiz dərəcəsi artırıldı
Azərbaycanda Aİ-92 markalı benzinin aksiz dərəcəsi artırılıb.
Bu, Nazirlər Kabineti “Neft məhsullarının aksiz dərəcələri səviyyəsinin dəyişdirilməsi və ölkə ərazisində daşınması xərcləri ilə bağlı bəzi məsələlər haqqında” qərarında əksini tapıb.
Qərara əsasən, Aİ-92 avtomobil benzininin aksiz dərəcəsi 42 faizdən 42,5 faizə, dizel yanacağının aksiz dərəcəsi 18 faizdən 18,3 faizə qaldırılıb.
“Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” Tarif Şurasının 26 iyul 2022-ci il tarixli qərarı ilə ölkə daxilində istehsal olunan və satılan neft məhsullarının istehsalçı tarifi 695,75 manatdan 689,78 manata endirilib. Nəticədə, istehsalçı tarifindən yanacağın hər tonuna görə hesablanan və dövlət büdcəsinə ödənilən aksiz vergisinin məbləğində azalma baş verib. Həmin azalmanın kompensasiya edilməsi məqsədilə "Aİ-92" markalı avtomobil benzini üzrə aksiz dərəcəsi 42 %-dən 42,5 %-ə, dizel yanacağı üzrə aksiz dərəcəsi isə 18 %-dən 18,3 %-ə çatdırılıb.
Yanacağın Naxçıvana daşınmasına subsidiya veriləcək
Nazirlər Kabineti “Neft məhsullarının aksiz dərəcələri səviyyəsinin dəyişdirilməsi və ölkə ərazisində daşınması xərcləri ilə bağlı bəzi məsələlər haqqında” qərar verib.
Qərara əsasən, ölkə daxilində istehsal edilən və qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən avtomobil benzinlərinin və dizel yanacağının Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin müəyyən etdiyi satış məntəqələrindən daşıyıcılar (təchizatçılar) tərəfindən Naxçıvan Muxtar Respublikasına daşınmasına (təchizatına) “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının 2022-ci il 26 iyul tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmiş təchizat tarifinin yuxarı həddindən artıq çəkilən xərclərin qarşılanması üçün bu Qərara uyğun olaraq subsidiya veriləcək.
Subsidiyanın daşıyıcılara (təchizatçılara) ödənilməsi dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə ayrılan dotasiya hesabına Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərəfindən təmin edilsin və bu məqsədlə hər il Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən dövlət büdcəsinin və Naxçıvan Muxtar Respublikasının büdcəsinin layihəsinin hazırlanması çərçivəsində dotasiyanın həcmi müəyyən edilərkən subsidiyanın ödənilməsi xərcləri nəzərə alınacaq.
Bu Qərarın qüvvəyə mindiyi tarixdən 2022-ci il üzrə subsidiyanın ödənilməsi xərclərinin maliyyələşdirilməsi üçün Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş ehtiyat fondundan 5,0 (beş) milyon manat vəsait ayrılıb. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bir ay müddətində Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə ölkə daxilində istehsal edilən və qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən avtomobil benzinlərinin və dizel yanacağının Naxçıvan Muxtar Respublikasına daşınmasına (təchizatına) dair ümumi şərtlərin razılaşdırılması barədə saziş imzalamalı, ölkə daxilində istehsal edilən və qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən avtomobil benzinlərinin və dizel yanacağının Naxçıvan Muxtar Respublikasına daşınmasına (təchizatına) görə Naxçıvan Muxtar Respublikasının büdcəsindən subsidiyanın verilməsi qaydalarını təsdiq etməli və bu Qərardan irəli gələn digər məsələləri həll etməlidir.
Maliyyə Nazirliyinə müvafiq qaydada ödənilməsini təmin etmək tapşırılıb
Bu Qərar 2022-ci il sentyabrın 1-dən qüvvəyə minir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 2 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
"Bakı Ağ Şəhər"də yeni iri məhəllənin inşası ilə bağlı mühüm müqavilə imzalandı
-
7 saat əvvəl
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
-
8 saat əvvəl
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
-
8 saat əvvəl
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
Ən çox oxunanlar
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
Bazarın əsas yükü həyat və icbari avtomobil sığortasındadır
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır
“AS Group” WUF13-də iştirak edib







.jpg)






.jpg)





