BP Azərbaycandakı platformalardan birində hasilatı iki həftə müddətinə dayandırır
Şahdəniz yatağının işlənməsi layihəsinin əməliyyatçısı olan bp şirkəti, Şahdənizin illik iş proqramının bir hissəsi olaraq Şahdəniz Alfa platformasında və Səngəçal terminalındakı Şahdəniz 1 qurğularında planlaşdırılmış profilaktik işlər proqramı həyata keçirilməyə başlayıb.
Şirkətdən Marja-ya daxil olmuş məlumatda bildirilir ki, plana əsasən Şahdəniz Alfa platformasından hasilat 2022-ci il avqust ayının 14-dən başlayaraq 14 gün ərzində dayandırılır ki, planlaşdırılmış profilaktik işlər, inspeksiya və layihə işləri effektiv şəkildə aparıla bilsin.
Qeyd edilib ki, proqram çərçivəsində Səngəçal terminalının Şahdəniz 1 hissəsində vacib təhlükəsizlik avadanlıqlarının qabaqlayıcı profilaktikası və yoxlama işləri, məşəl kabellərinin dəyişdirilməsi, yeni qaz analayzer avadanlıq dəstnin quraşdırılması (metan qazı intensivliyini ölçmək üçün), monoetilen glikol xəttinin təzyiq artımından qorunması üçün bəzi işlər, ventillərin dəyişdirilməsi, nukleonik mənbələrin dəyişdirilməsi və s. kimi profilaktik əməliyyatlar və yoxlamalar həyata keçiriləcək. Parallel olaraq, Şahdəniz Alfa platformasında da müxtəlif təmir işləri, yeni qaz analayzer avadanlıq dəstinin quraşdırılması (metan qazı intensivliyini ölçmək üçün), nukleonik mənbələrin dəyişdirilməsi, üç mürəkkəb ventil avadanlığının dəyişdirilməsi və s. kimi layihə işləri həyata keçiriləcək.
Belə proqramlar normal əməliyyatların bir hissəsidir və onlar planlaşdırılmış şəkildə müntəzəm həyata keçirilir. Bu proqramın hazırlığına 2021-ci ildən başlanmışdır və proqram üzrə həyata keçirilən işlər 2022-ci ilin illik iş proqramı və büdcəsinə daxil edilmişdir. Alfa platformasının müvəqqəti dayandırılması da bu ilin hasilat planına daxil edilmişdir.
Proqram müddəti ərzində Şahdəniz Bravo platforması və ümumilikdə Şahdəniz 2 hasilat və ixrac sistemi, Səngəçal terminalındakı Şahdəniz 2 qurğuları normal əməliyyatlarını o cümlədən regional və Avropa bazarlarına qaz təchizatını davam etdirəcək.
Həmçinin Azəri-Çıraq-Günəşli (AÇG) platformalarının hamısından - Mərkəzi Azəri, Qərbi Azəri, Şərqi Azəri, Çıraq, Dərinsulu Günəşli və Qərbi Çıraq paltformalarından hasilat, Səngəçal terminalının AÇG və İlkin Neft Layihəsi hissələri, həmçinin Bakı-Tbilisi-Ceyhan vasitəsilə ixrac əməliyyatları normal davam edəcək.
Bu planlaşdırılmış proqramlar müntəzəm inspeksiya, profilaktik işlər və layihənin yerinə yetirilməsi fəaliyyətləri üçündür. Onlar obyektlərin uzunmüddətli təhlükəsiz, etibarlı, bütöv şəkildə, ətraf mühitə ziyan vurmadan istismarının bir hissədir və əsasən elə profilaktik təmir və modifikasiya işlərindən ibarət olur ki, həmin işləri yalnız obyektin fəaliyyətini müvəqqəti dayandıraraq həyata keçirmək mümkündür.
Müştərilərin xəbərləri
"McDonald's Azərbaycan" şəhid və qazi ailələrinin uşaqları ilə birlikdə Uşaqların Beynəlxalq Müdafiəsi Gününü qeyd edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
15 d. əvvəl
Sənət, şəhər və yaşayışın gələcəyi - Bahar Residence-də fərqli bir gün
-
- 30 d. əvvəl
-
35 d. əvvəl
Unicapital “Mən də investor ola bilərəm” layihəsini həyata keçirib
-
37 d. əvvəl
“AzInTelecom” uşaqlar üçün rəqəmsal təhlükəsizlik sessiyası keçirib
-
1 saat əvvəl
Aşağı büdcəli aviaşirkət Daşkənddən Bakı və Gəncəyə uçuşlara başlayıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
İlham Əliyev “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxış edib
-
1 saat əvvəl
ABŞ Dövlət katibinin iqtisadi məsələləri üzrə köməkçisi Azərbaycanda səfərdədir
- 2 saat əvvəl
-
2 saat əvvəl
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
“AzInTelecom” uşaqlar üçün rəqəmsal təhlükəsizlik sessiyası keçirib
Mülki Aviasiya İşçilərinə ÖZƏL KREDİT TƏKLİFİ
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
Neft 2 faizdən çox bahalaşıb
Qlobal bazarlar Trampın qərarını gözləyir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 12 GÜN
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub























