Azərbaycanda sığorta haqlarının 81%-i 5 şirkətin payına düşür
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda toplanılmış 491 milyon 605 min manat sığorta haqqının 397 milyon 122 min manatı və yaxud 80,8%-i 5 sığorta şirkətinin payına düşüb.
Azərbaycan Mərkəzi Bankının statistikasına görə, həmin şirkətlər "PAŞA Həyat Sığorta" (206 milyon 649 min manat), "PAŞA Sığorta" (120 milyon 607 min manat), “Atəşgah Həyat Sığorta” (25 milyon 687 min manat), “Qala Sığorta” (24 milyon 906 min manat) və “Xalq Sığorta” (19 milyon 273 min manat) ASC-lərdir.
6 ay ərzində ən az sığorta haqqı toplamış sığorta şirkətləri isə “Meqa Həyat Sığorta” (881 min manat), "Naxçıvan Sığorta" (1 milyon 228 min manat), “Ata Sığorta” (2 milyon 351 min manat), “Bakı Sığorta” (3 milyon 119 min manat) və “Günay Sığorta” (3 milyon 411 min manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 10 milyon 990 min manat sığorta haqqı toplayıb ki, bu da ümumi yığımların 2,2%-i deməkdir.
Qalan 10 sığorta şirkətinin ümumi yığımları isə 83 milyon 493 min manat (17%) təşkil edib.
Sığorta ödənişlərinin 81%-i 5 şirkətin payına düşür
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda həyata keçirilmiş 174 milyon 923 min manat sığorta ödənişinin 141 milyon 691 milyon manatı və yaxud 81%-i 5 sığorta şirkətinin payına düşüb.
Həmin şirkətlər "PAŞA Həyat Sığorta" (71 milyon 419 min manat), “PAŞA Sığorta” (36 milyon 1 min manat), “Xalq Sığorta” (12 milyon 179 min manat), “Atəşgah Həyat Sığorta” (11 milyon 682 min manat) və “Azərsığorta” (10 milyon 410 min manat) ASC-lərdir.
6 ay ərzində ən az sığorta ödənişi həyata keçirmiş sığorta şirkətləri isə “Meqa Həyat Sığorta” (3 min manat), “İpək Yolu Sığorta” (112 min manat), “Xalq Həyat Sığorta” (136 min manat), “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” (186 min manat) və “Naxçıvan Sığorta” (222 min manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 659 min manat sığorta ödənişi həyata keçirib ki, bu da ümumi ödənişlərin 0,4%-i deməkdir.
Qalan 10 sığorta şirkətinin ümumi ödənişləri isə 32 milyon 573 min manat (18,6%) təşkil edib.
İllik 13.99%-dən 30 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© "Renkinq"
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 2 saat əvvəl
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
3 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım












.jpg)



.jpg)









