FED faizini bir daha kəskin artırdı
FED faiz dərəcələrini artırmağa davam edir.ABŞ Federal Ehtiyat Sistemi (ABŞ Mərkəzi Bankı - FED) iki gün davam edən yığıncağının ardından faiz qərarını açıqladı.
Marja.az xəbər verir ki, gözlənildiyi kimi, FED faiz dərəcəsini 75 faiz bəndi artıraraq 1,50% -1,75% aralığından 2.25%-2.50% aralığına yüksəldib.
FED iyun ayında da faizini 75 bənd artıraraq 1,50-1,75 faiz aralığına çatdırmışdı. İyun və İyul yığıncaqlarında 150 faiz bəndi artımlar 1980-ci illərin əvvəllərindən bəri ən kəskin sərtləçdirmə hərəkəti olaraq qeydə alınıb.
Qərar yekdilliklə qəbul edilib.
Qərarın mətnində FED-in inflyasiya risklərinə çox diqqətli olduğu mesajı yenilənib. Bildirilib ki, Federal Açıq Bazar Komitəsinin (FOMC) inflyasiya üzrə 2 faizlik hədəfə qayıtmaq üçün güclü öhdəliyi var.
FED, faiz artırmağa davam etməyin məqsədəuyğun olacağını təkrarlayıb.
Fed-in təqib etdiyi inflyasiya göstəricisi olan fərdi istehlak qiymətləri indeksi (PCE) may ayında 6,3 faiz artaraq, 2 faizlik inflyasiya hədəfini çox üstələyib. Əsas inflyasiyası da iyun ayında 9,1%-ə yüksəlib.
FED-in faiz dərəcələrini ilin sonuna qədər təxminən 3,5 faizə çatdıracağı və 2023-cü ilin ikinci yarısında aşağı salmağa başlayacağı gözlənilir.
Bloomberg-in sorğusuna qatılan iqtisadçılar yaxın 12 ayda tənəzzül (böhran) gözləyirlər. FED-in iqtisadiyyatı tənəzzülə uğratmadan inflyasiyanı azaldacağı ehtimalı “aşağı” olaraq qiymətləndirilir. Qeyd edilir ki, FED-in inflyasiyanı cilovalamaq üçün faiz artırması daxil şərtləri sərtləşdirməsi vəsait cəlb etməyi bahalaşdıracaq, tələbi azaldacaq və nəticədə böhran qaçılmaz olacaqdır.
Bank of America-nın ABŞ-ın baş iqtisadçısı Maykl Qapen 2022-ci ilin ikinci yarısında mülayim tənəzzülün (böhranın) başlayacağını proqnozlaşdırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
9 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
9 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
9 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
11 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 11 saat əvvəl
-
11 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




















.jpg)





