“Rabitəbank” maliyyə vəziyyətini açıqladı - MƏNFƏƏTİ ARTIB
“Rabitəbank” ASC 2022-ci ilin 1-ci yarısını (yanvar-iyun dövrünü) 5 milyon 161 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü 4 milyon 685 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, “Rabitəbank”ın xalis mənfəəti 2021-ci ilin 1-ci yarısı ilə müqayisədə 2022-ci ilin 1-ci yarısında 475 min manat və ya 10,1% artıb. Xalis mənfəətin artması mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırmanın azalmasından qaynaqlanır.
GƏLİRLƏRİ ARTIB
“Rabitəbank” ASC-ın faiz gəlirləri 2021-ci ilin ilk 6 ayında 25 milyon 792 min manat ikən, 2022-ci ilin ilk 6 ayında 31 milyon 580 min manat təşkil edib (5 milyon 788 min manat və ya 22,4% artıb). Bankın qeyri-faiz gəlirləri isə 13 milyon 111 min manatdan 22 milyon 346 min manata yüksəlib (9 milyon 235 min manat və ya 70,4% artıb).
2022-ci ilin yanvar-iyun dövründə “Rabitəbank” ASC-ın cəmi əməliyyat gəlirləri 53 milyon 926 min manat, əməliyyat xərcləri 43 milyon 628 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 10 milyon 298 min manat təşkil edib. Bank mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlar 5 milyon 137 min manat ayırıb və ilk yarımili 5 milyon 161 min manat xalis mənfəət ilə bağlayıb.
Müqayisə üçün qeyd edək ki, 2021-ci ilin yanvar-iyun dövründə “Rabitəbank” ASC-ın cəmi əməliyyat gəlirləri 38 milyon 903 min manat, cəmi əməliyyat xərcləri 26 milyon 923 min manat, əməliyyat mənfəəti 11 milyon 980 min manat, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırma 7 milyon 294 min manat, xalis mənfəəti 4 milyon 685 min manat təşkil etmişdi.
MÜŞTƏRİLƏRƏ VERİLMİŞ KREDİTLƏR ARTIB
30 İyun 2022-ci il tarixində "Rabitəbank" ASC 965 milyon 239 min manat cəmi aktivlərə, o cümlədən 556 milyon 448 min manat kredit portfelinə (müştərilərə verilmiş kreditlər) malik olub. Bank ötən ilin sonunda 1 milyard 17 milyon 872 min manat cəmi aktivlərə, o cümlədən 473 milyon 963 min manat kredit portfelinə malik idi. Ötən ilin sonu ilə müqayisədə "Rabitəbank"ın kredit portfeli 82 milyon 485 min manat və ya 17,4% artıb.
30 İyun 2022-ci il tarixində "Rabitəbank" ASC-nin məcmu kapitalı 102 milyon 607 min manat təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 15 saat sonra
-
-
7 saat əvvəl
Mayın 18-də gözlənilən hava şəraiti - Ayrı-ayrı yerlərdə intensiv yağış olacaq
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
-
9 saat əvvəl
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
"79 şəhərdən 68-nin baş planı yenilənib, 11 şəhər üzrə isə hazırlıq işləri davam edir"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 27 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
Şavkat Mirziyoyev WUF13-də iştirak üçün Azərbaycana gəlir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 27 GÜN
Prezident İlham Əliyev Keniya Prezidentilə görüşüb
AZAL Naxçıvan reyslərini bərpa edib
"79 şəhərdən 68-nin baş planı yenilənib, 11 şəhər üzrə isə hazırlıq işləri davam edir"
ING: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 10 %-ni təşkil edə bilər
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"
Azərbaycan neftinin son qiyməti







.jpg)








.jpg)






