Naxçıvanbankın mənfəəti 68% artıb
Naxçıvanbank 2022-ci ilin ikinci rübü üçün maliyyə göstəricilərini açıqlayıb.
Bankın yaydığı məlumatda bildirilir ki, 2022-ci ildə Naxçıvanbankın ümumi aktivlərinin həcmi 67 milyon 527 min manat artıb. Sözügedən dövrdə bankın aktivləri ötən ilin müvafiq dövründən 24.4 % daha çox olmuşdur.
Naxçıvanbank kredit portfelinin həcmi ikinci rübün hesabat dövründə 31.5 % yəni, 39 miliyon 475 min manat artımla 164 milyon 562 min manata yüksəlmişdir.
Bankın depozit portfeli 2021-ci illə müqayisədə cari ilin ikinci rübündə fiziki və hüquqi şəxslərin depozitləri ilə birlikdə 42.5 % artaraq 169 milyon 292 min manat təşkil edib. Həmçinin bankın depozit portfeli müddətli kreditlər hesabına 14 milyon 324 min manat artıb.
Qeyd etmək lazımdır ki, hesabat dövrü ərzində banka cəlb edilmiş vəsaitlər üzrə kapital ötən ilin qeyd olunan dövrünə nisbətən 9.2 % artmışdır. Nizamnamə kapitalının artımı 9 milyon 570 min manat və ya 11.3 % təşkil etmişdir. Ümumilikdə “Naxçıvanbank” ASC-nin nizamnamə kapitalı 94 milyon manata yüksəlmişdir.
Bankın mənfəəti 2022-ci ilin ikinci rübündə 7 milyon 813 min manat təşkil etmişdir. Beləliklə, 2021-ci ilin ikinci rübü ilə müqayisədə cari ilin ikinci rübündə bankın mənfəəti 1.7 dəfə və ya 3 milyon 169 min manat artmışdır. Mənfəətin bu dərəcə yüksəlməsi bankın gəlirlərin artmasından qaynaqlanır.
Prioritet sahələrdən olan nağdsız əməliyyatların inkişafına təkan verən və təmassız ödəməni asanlaşdıran POS-terminalların sayında da artım müşahidə edilib. Belə ki, 2022-ci ildə keçən illin müvafiq dövrü ilə müqayisədə aktiv POS-terminalların sayı artaraq 1096-ya çatmışdır.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
"Azər Türk Bank"dan rabitə və informasiya texnologiyaları işçiləri üçün istehlak kreditləri kampaniyası
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 4 gün sonra
-
- 1 gün sonra
- 32 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Şirkətin yerləşdiyi ərazidə park salınacaq, bina və qurğuları tamamilə söküləcək
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 31 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Dövlət şirkətinə Baş direktor təyin edilib
Misin qiyməti rekord səviyyəyə yaxınlaşır
Mayın 14-nün hava proqnozu - 31° isti gözlənilir
Ən çox oxunanlar
"Azər Türk Bank"dan rabitə və informasiya texnologiyaları işçiləri üçün istehlak kreditləri kampaniyası
Azərbaycan neftinin son qiyməti
AFB Bank mobil tətbiqini yenilədi
SOCAR 20 faizlik payının bp-yə satışı ilə bağlı məlumat yaydı






.jpg)







.jpg)







