“Bu il 60 hektar intensiv xurma bağı salmağı planlaşdırırıq"
Şəmkir rayonunun Ceyrançöl massivində uzun müddət istifadə edilməyən torpaqlar yararlı hala salınaraq əkin işləri aparılıb. Burada taxıl, qarğıdalı, soya, şəkər çuğunduru sahələri salınaraq yüksək məhsuldarlıq əldə edilir. Hazırda taxıl biçini prosesi davam edir, məhsuldarlıq isə yüksəkdir.
Ceyrançölün ucsuz-bucaqsız bu sahələri vaxtilə istifadəsiz torpaqlar olub. Artıq 3 ildir ki, burada aparılan düzgün aqrotexniki qulluq nəticəsində torpaq məhsuldar hala gətirilib. Bu il əkilən taxıl sahəsi də məhsuldarlığı ilə seçilir. Bir hektardan təxminən 65 sentner məhsul götürülür.
Taxıl ilə yanaşı, Ceyrançöldə fəaliyyət göstərən aqroparkın ərazisində arpa, soya, qarğıdalı və şəkər çuğunduru da əkilib. Arpa əkini artıq yekunlaşıb və müasir texnikalar vasitəsilə buğda biçini aparılır. Buğda sahəsində maksimum göstərici isə hər hektara 74 sentner olub.
“Şəmkir aqroparkı”nın nümayəndəsi Seymur Səfərlinin sözlərinə görə, yerli iqlim şəraitində keyfiyyətli buğda yetişdirmək mümkündür. Burada iri şirkətlərin, xüsusilə aqroparkların çox böyük rolu var. “Çünki aqroparklarda tətbiq olunan yeni texnologiyalar, yüksək əkinçilik mədəniyyəti, müasir texniki təminat respublika şəraitində keyfiyyətli buğdanın yetişdirilməsinə imkan verir. Hesab edirəm ki, yaxın gələcəkdə aqroparklar, eləcə də tətbiq ediləcək yeni texnologiyalar vasitəsilə ölkənin ərzaqlıq buğdadan asılılığını minimuma endirmək, daxili istehsal hesabına əhalinin ərzaq təminatını təmin etmək mümkün olacaq”, - deyə Seymur Səfərli bildirib.
İlk dəfə olaraq bu il Ceyrançölün əkin sahələrində iki texnologiyanın tətbiq edilməsi nəzərdə tutulur. Bunlardan biri suvarma texnologiyasıdır. Bu, bitkinin suya tələbatını təmin etməyə, eləcə də suya 30 faizə qədər qənaətə imkan verəcək. Digər texnologiyanın tətbiqi nəticəsində isə taxıl biçinindən sonra heç bir əlavə xərc çəkmədən əkin aparmaq mümkün olacaq.
Aqropark ərazisində geniş meyvə bağları da salınıb. Ərik, şaftalı, nektarin, armud, xurma, heyva, badam və gilas bağları var. Hazırda əriyin yığımına hazırlıq görülür. “Bu il üçün 60 hektar intensiv xurma bağı salmağı planlaşdırırıq. İspan sortu “Roja brilliant” ağacları əkiləcək”, - deyə baş aqronom Fuad İlyaszadə vurğulayıb.
Şəmkir rayonunda 8 min hektar sahəni əhatə edən aqroparkın ümumi əkinəyararlı 4 min hektar sahəsinin 1500 hektarında 43 ədəd müasir suvarma sistemi qurulub. Hazırda 296 hektar taxıl, 169 hektar şəkər çuğunduru, 156 hektar dən qarğıdalı, 126 hektar soya olmaqla, ümumilikdə, 827 hektar sahədə əkin işləri aparılıb.
Hazırda respublikanın 32 rayonu üzrə 239 min 312 hektar ərazidə ümumi layihə dəyəri 2,3 milyard manat olan 51 aqroparkın yaradılması üzrə işlər davam etdirilir. Aqroparkların yaradılması ölkədə yeni iş yerlərinin açılmasına da böyük töhfə vermir. Hazırda aqroparklarda ümumilikdə 4491 nəfər daimi, 6303 nəfər isə mövsümü işlə təmin olunub. Gələcəkdə isə əlavə 5000-dən çox iş yerinin yaradılması nəzərdə tutulur.
İllik 14.5%-dən 30 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© Azzərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 8 d. əvvəl
- 43 d. əvvəl
-
-
1 saat əvvəl
KİV: ABŞ və İran 45 günlük atəşkəslə bağlı müzakirələr aparır
- 1 saat əvvəl
-
1 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
1 saat əvvəl
"Agro Dairy" şirkətindən Azərbaycanın aqrar sektorunda bir ilk
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
10 saat əvvəl
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
-
14 saat əvvəl
"Tehran razılaşmasa, İranda hər şeyi havaya uçurub, nefti ələ keçirməyi düşünürəm"
- 14 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Prezident İlham Əliyev Gürcüstana dövlət səfərindədir
Tramp İrana verdiyi müddəti 8 aprelədək uzatdı
Rəsmi məzənnələr açıqlandı
"Agro Dairy" şirkətindən Azərbaycanın aqrar sektorunda bir ilk
Neft qiymətləri yüksəlişdədir
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
Ən çox oxunanlar
"BakıKart": Aprelin 6-dan vəsaitlərin silinməsinə başlanılacaq, məhdudiyyətlər aradan qaldırılacaqdır
Azərbaycanda Vakansiyalar - Azvak.az
Tramp: İranın vurduğu təyyarələr danışıqlara təsir etməyəcək
İran ABŞ-ın 48 saatlıq atəşkəs təklifini rədd edib
“Vulkan” ASC-nin rəhbərliyi növbədənkənar formalaşdırılacaq






















