“Borjomi” işçiləri tətili dayandırıb, istehsal bərpa edilir
“Borjomi” şirkətinin zavodlarının əməkdaşları üçhəftəlik tətili dayandırıb.
“IDS Borjomi Georgia” şirkət narazı işçilərin tələblərinin əksəriyyətini yerinə yetirməyə razılaşıb.
Razılaşmaya əsasən, işdən çıxarılmış əməkdaşların bir qismi işə bərpa olunacaq.
Artıq sabahdan mineral suyun qablaşdırma zavodlarında sanitar və digər hazırlıq işləri görüləcək. İstehsal prosesi gələn həftə bərpa ediləcək.
“IDS Borjomi Georgia” şirkəti kapitalında Rusiyanın payı olması səbəbindən sanksiyalara məruz qalıb və bu ilin aprelin sonunda iki zavodunu bağlamağa məcbur olub. Şirkət işçilərinin əməkhaqlarının ödənilməsi üzrə yeni şərtlər irəli sürəndən sona tətil başlayıb.
“IDS Borjomi International” şirkətinin sahibləri bu yaxınlarda Gürcüstan hökumətinə səhmlər təqdim edib. Bununla Rusiyanın “Alfa Qrup” şirkəti nəzarət paketini itirib və mineral suyun istehsalını sanksiyaların təsirindən qorumaq mümkün olub.
İllik 14.5%-dən 30 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© Report
Müştərilərin xəbərləri
"PAŞA Həyat" "Chenot Palace Gabala" ilə tərəfdaşlıq çərçivəsində müştərilərin sağlamlığına fokusunu gücləndirir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 10 d. əvvəl
-
- 19 d. əvvəl
- 1 saat əvvəl
-
3 saat əvvəl
Neft-qaz sektoruna daxil olan malların ixracı 536 milyon dollar azalıb
-
3 saat əvvəl
Azərbaycan xaricdən əti daha baha alıb - İdxalın miqdarı azalıb, dəyəri isə artıb
-
3 saat əvvəl
Tanınmış supermarketlər şəbəkəsinin Ağcabədidə filialı açılıb
-
3 saat əvvəl
Bakı-Tbilisi-Bakı biletləri ilə bağlı yaxın saatlarda ictimaiyyətə məlumat veriləcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
"Grand-Agro" Azərbaycanın zeytun potensialını Madriddə təqdim edib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Nazir Nəbiyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb
Tanınmış supermarketlər şəbəkəsinin Ağcabədidə filialı açılıb
Bakı-Tbilisi-Bakı biletləri ilə bağlı yaxın saatlarda ictimaiyyətə məlumat veriləcək
Ən çox oxunanlar
Bu bank pulunuza illik 12% gəlir təklif edir
Mayın 20-nə olan hava proqnozu - 28° isti gözlənilir
"Grand-Agro" Azərbaycanın zeytun potensialını Madriddə təqdim edib
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma
Azərbaycan neftinin son qiyməti
"Geoengineering" 2025-ci ilin birinci yarısını 484 min manat xalis mənfəətlə başa vurub
"PAŞA Həyat" "Chenot Palace Gabala" ilə tərəfdaşlıq çərçivəsində müştərilərin sağlamlığına fokusunu gücləndirir





















