"Mövcud qiymətlərlə ABŞ neft hasilatını artırmayacaq"
Neft qiymətləri cari səviyyədə qalmağa davam edərsə, ABŞ-ın neft hasilatında proqnozlaşdırılan artıma nail olmaq mümkün olmayacaq.
Bu açıqlama ilə "Facts Global Energy" (FGE) energetika bazarlarının araşdırılması üzrə beynəlxalq konsaltinq şirkətinin ekspertləri çıxış ediblər.
"FGE" ABŞ-da gündəlik neft hasilatında artım proqnozlarını azaldıb. Şirkət 2017-ci ildə ABŞ-da hasilatın 288 min barel/gün artacağını ehtimal edib. Bu göstərici üzrə əvvəlki proqnoz 567 min barel/gün olub. 2018-ci il üçün isə proqnoz 388 min barel/gündən 417 min barel/günə yüksəldilib.
"FGE" hesabatında həmçinin bildirir ki, "bir çoxları ABŞ-da neft hasilatında artımın, neft satışının hedc edilməsi ilə təmin edildiyini yazır. Amma hedc əməliyyatları neft satışının cəmi 15%-ni təşkil edir. Bundan əvvəlki proqnozlar neftin 53 dollar/barel səviyyəsində verilib. Hazırda isə neft 45 dollar/barelə enib. Cari qiymətlər ABŞ-da 100-ə yaxın neft qazma qurğusunun rentabellli olmaması səbəbindən işini dayandırmasına gətirib çıxaracaq".
VALYUTALARIN DƏYİŞMƏSİNDƏN PUL QAZAN!
© Report
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
12 saat əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
-
- 14 saat əvvəl
- 21 saat əvvəl
- 22 saat əvvəl
-
22 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 22 saat əvvəl
-
22 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
22 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 22 saat əvvəl
- 22 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Ən çox oxunanlar
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım







.jpg)





.jpg)










.jpg)
