ABŞ-da benzinin orta qiymətində yeni rekord
ABŞ-da bir qallon (3,785 litr) benzinin orta qiyməti 5 dolları keçərək, bütün zamanların ən yüksək həddinə çatıb.
Marja xəbər verir ki, bunu ölkədəki 60 mindən çox yanacaqdoldurma məntəqəsində qiymətləri izləyən Amerika Avtomobil Assosiasiyasının məlumatları göstərir.
Şənbə günü benzinin bir qallonunun ölkə üzrə orta qiyməti 5,004 dollara qalxıb. Cümə günü bu rəqəm 4,986 dollar, 2021-ci il yanvarın sonunda Co Baydenin ABŞ prezidenti kimi andiçmə mərasimindən sonrakı ilk həftədə isə 2,39 dollar olub.
Ölkədə ən yüksək benzin qiymətləri ənənəvi olaraq Kaliforniya ştatındadır. Orada sürücülər indi orta hesabla hər qallon üçün 6,42 dollar ödəyirlər.
ABŞ-da pərakəndə benzin qiymətlərində güclü artım qışın sonunda başlayıb. Bu, Ağ Evin tendensiyaya qarşı çıxmaq cəhdlərinə baxmayaraq, qlobal neft qiymətlərinin artması fonunda baş verir. Çərşənbə günü Ağ Evdə çıxışı zamanı Bayden bildirib ki, ABŞ administrasiyası çətin ki, ölkədə benzin və ərzaq qiymətlərini qısa müddətdə azalda bilsin.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
- 15 d. əvvəl
- 37 d. əvvəl
- 58 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
CFI Financial Group-dan rekord nəticə - İlk rübdə 2,3 trilyon dollarlıq ticarət dövriyyəsi
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq imkanı: SON 14 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
CFI Financial Group-dan rekord nəticə - İlk rübdə 2,3 trilyon dollarlıq ticarət dövriyyəsi
Malların gömrük dəyəri milli valyuta ilə bəyan ediləcək
"PAŞA Sığorta" ağacəkmə aksiyasına qoşulub
Birləşmiş Ərəb Əmirlikləri OPEC-i tərk edir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azercell” tətbiqinə dostunu dəvət et, bonus qazan!
Azərbaycanın sığorta bazarı 5 %-ə yaxın böyüyüb
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı
22 sahibkar “Tərəqqi” medalı ilə təltif edildi






.jpg)







.jpg)




