“PAŞA Bank”ın İdarə Heyətinə sədr təyin edildi
Azərbaycanın aparıcı korporativ maliyyə institutu “PAŞA Bank”ın İdarə Heyətinin tərkibində aparılmış dəyişikliklər qüvvəyə minib.
Bankdan Marja-ya daxil olmuş məlumatda bildirilir ki, bir müddət öncə bildirildiyi kimi, Taleh Kazımov Azərbaycan Respublikası Mərkəzi Bankının sədri vəzifəsinə təyin edildiyindən, “PAŞA Bank”ın İdarə Heyətinin sədri vəzifəsindən ayrılmışdır. “PAŞA Bank”ın İdarə Heyəti sədrinin səlahiyyətlərini icra edən şəxs vəzifəsinə isə Bankın İdarə Heyətinin Sədr müavini Cavid Quliyev təyin edilmişdir.
Bankın Səhmdarlarının Ümumi Yığıncağının qərarına əsasən, 9 iyun 2022-ci il tarixindən etibarən Cavid Quliyev “PAŞA Bank”ın Baş İcraçı direktoru və İdarə Heyətinin sədri vəzifəsinə təyin edilmişdir.
Qeyd edək ki, Cavid Quliyev “PAŞA Bank”da öz əmək fəaliyyətini 2015-ci ildə Bankın İdarə Heyəti Sədrinin biznesin inkişafı üzrə müşaviri vəzifəsində başlamışdır. 23 fevral 2016-cı ildə C. Quliyev “PAŞA Bank”ın İdarə Heyəti Sədrinin müavini vəzifəsinə, 5 mart 2018-ci ildə isə Bankın İdarə Heyəti Sədrinin müavini və Baş Kommersiya inzibatçısı vəzifəsinə təyin edilmişdir.
Xatırladaq ki, Cavid Quliyev 12 aprel, 2022-ci il tarixindən etibarən “PAŞA Bank”ın İdarə Heyətinin sədrinin səlahiyyətlərini icra edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)










.jpg)





