ABŞ-da benzin qiymətlərində yeni rekord
Amerika Avtomobil Assosiasiyası (AAA) ABŞ-da benzin və dizelin orta qiymətlərinin rekord həddə çatdığını bildirib. Benzinin qallonu (3,79 litri) 4,374 dollara (litri təxminən 2 manata), dizelin qallonu isə 5,50 dollara (təxminən litri 2,50 manata) yüksəlib.ABŞ-da benzin və dizelin pərakəndə satış qiymətləri yay mövsümü ərəfəsində rekord səviyyəyə çatıb. Bu artımın son 40 ilin ən yüksək inflyasiyası ilə mübarizə aparmağa çalışan FED və fəaliyyəti tənqid edilən ABŞ prezidenti Co Bayden üçün əhəmiyyətli problem ola biləcəyi ifadə edilir.
Marja xəbər verir ki, Amerika Avtomobil Assosiasiyasının məlumatına görə, benzinin orta qiyməti qallon üçün 4,374 dollara, dizelin qiyməti isə qallon üçün 5,50 dollara çatıb və rekord qırıb. Bildirilir ki, artım dünyanın ən böyük iqtisadiyyatı üçün daha çox inflyasiya təzyiqi deməkdir.
ABŞ-da yay səyahətlərini təsvir etmək üçün istifadə edilən "sürücülük mövsümünün" üç həftədən sonra başlaması gözlənilir.
Rusiyanın Ukraynaya müdaxiləsi, pandemiyanın təsirlərindən sağalan iqtisadiyyatlarda tələbin artdığı bir vaxtda neft tədarükünü riskə atıb. Bu proseslər, Bayden administrasiyasının qiymətləri aşağı salmaq səylərinə mənfi təsir edib, o cümlədən, yanacaqlarından tutmuş ərzaq qiymətlərinə qədər demək olar ki, hər şeyin qiymətinin artmasına səbəb olub.
Amerikalıların bu il 2021-ci ilə nisbətən daha çox səyahət edəcəkəri gözlənilir, baxmayaraq ki, benzin qiymətlərinin artması bəzi səyahətləri məhdudlaşdıra bilər. Enerji İnformasiya Administrasiyasının ötən ay açıqladığı məlumatlara görə, ölkədə avtomobil istifadəçilərinin aprel-sentyabr aylarında keçən ilə nisbətən 0,8 faiz artımla gündəlik 9,2 milyon barrel benzin istifadə edəcəkləri gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
4 d. əvvəl
Əczaçılıq məhsullarının idxal dəyəri artıb, həcmi azalıb - 4 AYDA 170 MİLYON DOLLARLIQ İDXAL
-
- 7 d. əvvəl
- 20 d. əvvəl
- 23 d. əvvəl
- 30 d. əvvəl
- 32 d. əvvəl
- 1 saat əvvəl
-
11 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Azərbaycana tütün və tütün məmulatlarının idxalı 20% artıb
Kərə yağı idxalı azalıb, bitki yağlarının idxalı isə artıb
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 25 GÜN
Tramp: Sabah İrana hücum etməyəcəyik
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Ən çox oxunanlar
Sement ixracı azalıb
Şəkər ixracı 4 dəfədən çox artıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb







.jpg)








.jpg)





