Azərbaycanda avtomobil qiymətinə at satışa çıxacaq - 30 MİN MANAT
Qarabağ atlarının ilk satış auksionuna hazırlıq işləri davam edir. Satılacaq Qarabağ atlarının ilkin satış qiymətləri açıqlandıAzərbaycanda ilk dəfə olaraq Qobustan Heyvandarlıq Nümayiş Kompleksində Qarabağ cins atlarının auksion vasitəsi ilə satışı həyata keçiriləcək.
Aprelin 15-də keçiriləcək auksionda həm yerli həm də xarici təsərrüfat sahibləri, sahibkarlar, fermerlər iştirak edə bilərlər. Hərraca yüksək potensiala malik xüsusi seçilmiş atlar çıxarılacaq və satış auksion formatına uyğun olaraq həyata keçiriləcək. Auksion dövründə iştirakçılara Qarabağ atları haqqında canlı və interaktiv məlumatlar veriləcək. Atların satış qiyməti və son hərracı qiymətinə uyğun rəsmiləşdiriləcək və sığorta şirkəti tərəfindən sığortalanacaq. Hazırda 6 baş at Qobustan Heyvandarlıq Nümayiş Kompleksində satışa hazırlanır. Atlar Ağdam Atçılıq Zavodunda və şəxsi klublarda yetişdirilən atlardır.
Müddət və iştirakçı potensialını nəzərə alaraq ilkin mərhələdə auksiona 3 Qarabağ atı çıxarılacaq. Adları “Sultan”, “Sahil” və “Zilaxar” olan bu atlar şəcərəsi, cıdır qabiliyyəti, xarici görünüşü və digər xüsusiyyətlərinə görə xüsusi olaraq seçilib.
Atlardan “Sultan” (2018, atası “Sürməli”, anası “Sürməli”), “Sahil" (2018-ci il, atası “Sərəyin”, anası “Sədəqə”) və "Zilaxar"ın (2017-ci il, atası “Ulduz”, anası “Sürməli”) ilkin satış qiymətləri müəyyənləşib.
Auskionda “Sultan”ın start qiyməti 30 min manat, "Sahil"in start qiyməti 5 min manat, "Zilaxar"ın start qiyməti isə 7 min manat olacaq. Qiymət auksionda alıcıların verdiyi son qiymətə uyğun rəsmiləşdiriləcək.
Növbəti mərhələdə Ağdam Atçılıq Zavodunda yetişdirlən “Kəndir”, “Şaban” və “Segah” adlı atlar auksiona çıxarılacaq.
Məlumat üçün bildirək ki, Qarabağ atları yüksək qaçış sürəti ilə seçilir. Bu atların əsas yeriş forması çaparaq yerişdir, yerişi geniş və cəld, bütün hərəkətləri çevikdir. Qarabağ atı hündür, çevik, hərəkəti səlis, bədən quruluşu möhkəmdir. Minik atıdır. Alın və burun sümükləri yaxşı inkişaf edib, gözləri qabarıqdır. Boynu orta uzunluqda, hətta bir qədər də gödək və hündür duruşludur. Qarabağ atı daha dözümlüdür və yemə qarşı tələbkar deyil.
Gələcəkdə Qobustan Heyvandarlıq Nümayiş Kompleksində yeri və xarici cins damazlıq heyvanların satışı davam etdiriləcək. Satışların təşkilində məqsəd fermerlərin cins heyvanlara əlçatanlığına nail olunması, yerli damazlıq təsərrüfatların yetişdirdiyi heyvanların satışını stimullaşdırmaqla onların inkişafına təkan vermək, ölkədə heyvanların cins tərkibinin yaxşılaşdırılmasına nail olmaq, damazlıq təsərrüfatlar arasında koordinasiya yaratmaqdır. Kompleksin daxilində heyvan satışını həyata keçirən lizinq şirkətləri, heyvanların sığortalanması üçün sığorta şirkətləri fəaliyyət göstərir. Bu müasir kompleks heyvan alqı-satqısı zamanı bütün prosesləri fermerlər üçün daha əlçatan edir. Belə ki, bütün alqı-satqı, sığorta, lizinq, güzəşt tətbiqi prosesləri vahid mərkəzdə həyata keçirilməklə, xidmətlərin operativliyi və şəffaflığı təmin olunur.
İlk auksiona qeydiyyat artıq başlayıb. Hərracda iştirak etmək istəyən şəxslər şəxsiyyət vəsiqəsinin surətini [email protected] email ünvanına və +99450 234 48 88 whatsapp nömrəsinə göndərərək qeydiyyatdan keçə bilərlər.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
“AQA”nın kredit təşkilatı 3 milyon 124 min manat xalis mənfəət açıqlayıb
-
13 saat əvvəl
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
-
14 saat əvvəl
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
- 15 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
Rəsmi məzənnələr açıqlandı
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
Qlobal bazarlar Trampın qərarını gözləyir
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub
Ən çox oxunanlar
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
BOKT “İnkişaf Üçün Maliyyə”nin mənfəəti 26% artıb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir
Birinci Azərbaycan-ABŞ İqtisadi Dialoqu keçiriləcək
Mənfəəti artsa da, “Embafinans”da risk siqnalları güclənib
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır






















