“Problem qalır kənarda, şikayətin arxasında sifarişçi axtarırlar”- MÜSAHİBƏ
" Təəsüf ki, Azərbaycanda bir çox sahibkar hələ də “Bizim reklama, PR-a ehtiyacımız yoxdur” fikirlərini əsas götürüb bu fəaliyyətləri iqnor edir və ya kommunikasiyanı bir tərəfli aparıb auditoriyanı iqnor edir".Anar Əskərov 10 ildən çox təcrübəsi olan Strateji Kommunikasiya üzrə mütəxəssisdir. O “INPRESS PR Solutions” şirkətinin və MediaPost TV-nin təsisçisi və CEO-sudur. Onun əsas fəaliyyət istiqaməti yeni media dünyasında müasir alətlərdən istifadə edərək fərdlərə və şirkətlərə brendlərini qurmağa, qorumağa və mesajlarını auditoriyalarına düzgün şəkildə çatdırmağa yardım etməyə yönəlib.
Marja.az Anar Əskərov ilə müsahibəni təqdim edir.
- Azərbaycanda orta və böyük bizneslərin üzləşdiyi əsas kommunikasiya problemləri hansılardır?
- Ümumi desək Azərbaycanda bir çox ənənəvi biznes sahibləri hədəf kütlələri ilə internetdə kommunikasiyaya girməkdən qorxur. Bunun da obyektiv və subyektiv səbəbləri var. Təcrübə onu göstərir ki, sahibkar uzun illər boyu real həyatda zəhmətlə qurduğu reputasiyanı bir günə və ya bir saata sosial şəbəkələrdə itirmək istəmir. Özlərinin, rəqiblərinin və ya həmkarlarının başına gələn onlayn böhranlar orta və yaşlı nəsil sahibkarları müasir kommunikasiya strategiyalarına investisiya etməkdən çəkindirir.
Halbuki, müasir dövrdə düzgün kommunikasiya bacarığı biznesin inkişafı üçün çox əhəmiyyətlidir. Düzgün kommunikasiya dedikdə əsasən müştəri davranışlarının mütəmadi ölçülməsi, yeni hədəf kütlələrinin kəşfi, ehtiyacların analizi və ümumilikdə biznes barəsində onlayn mühitdə gedən bütün söhbətlərin dinlənilməsi (social listening) və ölçülməsini nəzərdə tuturam. Təəsüf ki, Azərbaycanda bir çox sahibkar hələ də “Bizim reklama, PR-a ehtiyacımız yoxdur” fikirlərini əsas götürüb bu fəaliyyətləri iqnor edir və ya kommunikasiyanı bir tərəfli aparıb auditoriyanı iqnor edir. Əsas tövsiyyəm bizneslər auditoriyaları ilə qarşılıqlı ünsiyyətə strateji fəaliyyət kimi baxmalı və bu prosesdən çəkinməməlidirlər.
- Ara-sıra bir çox dövlət qurumlarının vətəndaş şikayətlərinə baxılmasında biganəlik, media və ümumilikdə ictimaiyyətə açıq olmamaları ilə bağlı nöqsanlar səsləndirilir. Dövlət qurumlarında kommunikasiya baxımından vəziyyəti necə dəyərləndirirsiz?
- Son dövrlərdə bir çox dövlət qurumlarının ictimailəşmiş və trend olan şikayətlərə həssaslığının artması müşahidə olunur. Kütləvi şəkildə müzakirə olunan bir çox movzularla bağlı edilən açıqlamalar (kontentin tərkibinə fikr verməsək) sürət baxımından əvvəlki illərə nisbətən daha çevikdir. Lakin uğurlu müasir kommunikasiyanın əsas şərti məsələlər, şikayətlər kütləvi müzakirəyə çıxmamış idarə edilməsidir. Bunun üçün auditoriya dəqiq izlənməli, qurum haqqında bütün platformalarda danışılan bütün söhbətlərin data analitikası aparılmalı və risklər ölçülməlidir. Bu səbəbdan dövlət qurumlarının kommunikasiya baxımından əsas problemi sadəcə medianı və trend mövzuları izləməsidir və hər hansı ictimailəşmiş problemin, böhranın həlli zamanı problemdən çox mediaya fokuslanmasıdır. Əksər hallarda qurumun müvafiq işçiləri problemin işiqlandırılmasında medianı günahlandırır və ya şikayətlərin arxasında sifarişçi axtarır.Nəticədə ictimailəşən şikayətlərin mahiyyəti qalır kənarda və rəhbərə məruzə etmək üçün düşmən axtarılır. Təbii ki belə hallar medianın inkişafına da ciddi mənfi təsir göstərir.
-Anar bəy, sualları cavablandırdığınıza görə təşəkkür edirik.
Müştərilərin xəbərləri
Azercell və AWS süni intellekt modellərinin Azərbaycan dilində öyrədilməsi üçün texnoloji platforma yaradıblar
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 6 gün sonra
- 20 d. əvvəl
-
-
1 saat əvvəl
Gələcəyə böyük addım: Payonix BOKT-un aktivləri və gəlirləri sürətlə artır!
- 1 saat əvvəl
-
1 saat əvvəl
İşdən qanunsuz çıxarılmış 53 nəfər isə əvvəlki işlərinə bərpa etdirilib
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
ABB-dən kiçik sahibkarlara böyük imkanlar yaradan biznes kartı
- 3 saat əvvəl
-
3 saat əvvəl
AccessBank müştəri layihəsi üzrə ilk müstəqil enerji auditini tamamlayıb
-
4 saat əvvəl
Tramp İranın ali lideri ilə “razılaşma əldə etmək üçün” görüşə biləcəyini deyib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
“Korgöz-Tikinti-Material”nın zərəri azalıb
Azercell və AWS süni intellekt modellərinin Azərbaycan dilində öyrədilməsi üçün texnoloji platforma yaradıblar
ABB-dən kiçik sahibkarlara böyük imkanlar yaradan biznes kartı
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Rəsmi məzənnələr açıqlandı
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir

















.jpg)





