ABŞ-da işsizlik səviyyəsi aşağı düşüb
ABŞ-da təsərrüfatı sektoru xaric məşğulluq mart ayında 431 min nəfər artaıb, bu proqnozdan azdır. İşsizlik nisbəti 3,6%-ə düşüb.ABŞ Əmək Nazirliyinin məlumatlarına görə, ölkədə kənd təsərrüfatı sektoru xaric məşğulluq 431 min artıb.
Marja xəbər verir ki, Bloomberg-in sorğusuna qatılan iqtisadçıların orta proqnozu 490 min idi.
İnflyasiyanın artması və tənəzzüllə bağlı narahatlıqlar məşğulluğun gözləniləndən aşağı olmasında mühüm rol oynayıb.
İşsizlik səviyyəsi 3,8 faizdən 3,6 faizə düşüb. Proqnoz 3,7 faiz idi.
Son 2 ayın məşğulluq məlumatları 95 min yuxarıya doğru revizə edilib.
Ölkədə orta saatlıq maaş aylıq 0,4 faiz artıb. İllik artım 5,6% olub, bu, 2020-ci ilin may ayından bəri ən böyük artımdır. Proqnoz 5,5 faiz idi.
Açıqlanan məlumatlar əmək bazarının güclü kursunu qoruduğunu göstərir. Bildirilir ki, inflyasiya kimi bəzi faktorlar səbəbindən məşğulluq bazarı gələcək aylarda güclü qala bilər.
Fed rəsmiləri, son 40 ildə pik səviyyəsinə çatan inflyasiya səbəbindən son həftələrdə daha sürətli faiz artımı mesajları verirlər. Rəsmilər vurğulayırlar ki, əmək bazarı güclüdür və bu səbəbdən daha sürətli faiz artırmaq mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 1 d. əvvəl
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Minik avtomobili ilə 1 km gediş üçün 8,6 qəpik ödəniləcək - Bu gündən qüvvəyə mindi
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
16 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
16 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
16 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
“PAŞA Sığorta” mənfəəti ilə bazar liderliyini qoruqmaqdadır
Minik avtomobili ilə 1 km gediş üçün 8,6 qəpik ödəniləcək - Bu gündən qüvvəyə mindi
Rəsmi məzənnələr açıqlandı
BYD-nin satışları 9 aydan sonra ilk dəfə artıb
Ən çox oxunanlar
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
"Yaşıl enerji kabeli layihəsi üzərində işləyirik"
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

















.jpg)




