"Qala Sığorta"nın xalis mənfəəti 4 dəfədən çox artıb
"Qala Sığorta" ASC 2021-ci ili 9 milyon 373 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, şirkət 2020-ci ili 2 milyon 141 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, 2020-ci illə müqayisədə 2021-ci ildə "Qala Sığorta"nın xalis mənfəəti 4,4 dəfə artıb. Xalis mənfəətin kəskin artmasının səbəbləri yığımlarının artması və təkrarsığorta üzrə xərclərin azalmasıdır.
GƏLİRLƏRİ ARTIB, XƏRCLƏRİ AZALIB
Marja.az şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2021-ci ildə "Qala Sığorta"nın cəmi əməliyyat gəlirləri 43 milyon 361 min manat, cəmi əməliyyat xərcləri 31 milyon 673 min manat təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2020-ci ildə Şirkətin cəmi əməliyyat gəlirləri 36 milyon 138 min manat, cəmi əməliyyat xərcləri 33 milyon 378 min manat təşkil etmişdi.
2020-ci ildə "Qala Sığorta"nın hesabladığı sığorta haqları 33 milyon 3 min min manat ikən, 2021-ci ildə 43 milyon 849 min manata yüksəlib.
"Qala Sığorta"nın sığorta ödənişləri isə 2020-ci ildə 3 milyon 361 min manat ikən, 2021-ci ildə 5 milyon 667 min manat təşkil edib. Şirkətin təkrarsığorta üzrə xərcləri 2020-ci ildəki 21 milyon 233 min manatdan 2021-ci ildə 12 milyon 227 min manata geriləyib.
Qeyd edək ki, 24 dekabr 1998-ci il tarixində "American International Group Inc. (AIG)" və Azərbaycan şirkəti olan "Caspian Insurance" Sığorta Şirkəti arasında Azərbaycanda və Gürcustanda müştərilərə xidmət göstərmək üçün birgə muəssisə yaradılmışdır. Şirkət, "AIG Caspian Insurance Company" adı altında fəaliyyətə başlamışdır. 2000-ci ildən etibarən şirkət AIG-nin 100% törəmə müəsissəsi olmuşdur. 2010-cu ildə şirkətin adı "Çartis Azərbaycan" Sığorta Şirkətinə dəyişilmişdir. 30 sentyabr 2015-ci il tarixində Azərbaycanın ilk və yeganə təkrarsığorta şirkəti - “AzRe Təkrarsığorta” ASC, "Çartis Azərbaycan" Sığorta Şirkətinin səhmlərinin 100% almışdır və şirkətin adı “Qala Sigortaa” Açıq Səhmdar Cəmiyyəti olmuşdur.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 15 d. əvvəl
-
- 52 d. əvvəl
-
58 d. əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
1 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım













.jpg)



.jpg)









