Azərbaycanda yeni neft sazişi təsdiq ediləcək
Buzovna-Maştağa, Qala və Zirə neft yataqlarının yenidən işlənilməsinə başlanacağı planlaşdırılır.
Bununla bağlı parlamentə “Azərbaycan Respublikasında Buzovna-Maştağa, Qala və Zirə neft yataqlarının daxil olduğu blokun bərpası və işlənməsi ilə əlaqədar Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə “GL İnternational LTD” MMC arasında Risk Xidmət Sazişinin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” qanun layihəsi daxil olub.
Sənəd sabah Milli Məclisdə müzakirəyə çıxarılacaq.
Xatırladaq ki, Buzovna-Maştağa yatağı Abşeron yarımadasının şimal-şərqində, Şərqi Abşeron neftli-qazlı rayonunda, Maştağa və Buzovna kəndlərinin arasında yerləşir. Yataq 588 hektar (7 km x 2 km) ərazini əhatə edir və braxiantiklinal quruluşludur. Sənaye əhəmiyyətli işlənməyə 1941-ci ildən başlanılıb. Yataq SOCAR-ın “Azneft” İstehsalat Birliyinin H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsi tərəfindən istismardadır.
Yatağın işlənməsinə başlanandan 2021-ci ilin yanvarın 1-dək 1 326 quyu qazılıb. Həmin quyulardan indiyədək 29,74 milyon tona yaxın neft, 5,4 milyard kubmetrə yaxın qaz hasil olunub. Yataq üzrə maksimum hasilat - 1950-ci ildə 1 milyon 927 min ton təşkil edib. Yatağın qalıq çıxarılabilən neft ehtiyatları 6,74 milyon ton, qaz ehtiyatı 0,65 milyard kubmetr təşkil edir.
Qeyd edək ki, “Qala” (Köhnə Qala) neft yatağı Abşeron yarımadasının şərq hissəsində Binə, Mərdəkan və Qala kəndlərinin arasında yerləşir. Yatağın işlənməsinə başlanandan 2021-ci ilin yanvarın 1-i tarixinədək 1 517 quyu qazılıb, hazırda onlardan 73-ü istismar fondundadır. Yataqdan 58,41 milyon ton neft, 9,7 milyard kubmetr qaz hasil olunub. Hazırda yataq işlənmənin sonuncu - IV mərhələsindədir və sulaşması– 95,5 %, cari neftvermə əmsalı 0,47-dir. “Qala” yatağı SOCAR-ın “Azneft” İB-in H.Z.Tağıyev adına NQÇİ tərəfindən istismar olunur.
KREDİTİ ONLAYN əldə et – 20 000 AZN-dək, 13,99%-dən, 0% komissiya
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 18 d. əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
-
22 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 23 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər




.jpg)








.jpg)






