“Facebook” və “İnstagram” istifadəçilərə Rusiya ordusunu təhqir və təhdid etməyə icazə verdi
“Facebook” və “Instagram” istifadəçilərə Rusiya ordusunu tənqid, təhqir və təhdid etməyə icazə verib. Müvəqqəti icazə bəzi ölkələrdə Facebook və Instagram istifadəçilərinə şamil edilir. Meta şirkəti qeyd edib ki, çağırış adi ruslara şamil edilmir, belə yazılar qadağandır.“Facebook” və “Instagram”ın sahibi olan American "Meta" şirkəti bəzi ölkələrdəki sosial media istifadəçilərinə müvəqqəti olaraq Ukraynadakı əməliyyatlarda iştirak edən Rusiya hərbçilərinə, Rusiya və Belarus liderlərinə qarşı zorakılıq çağırışları dərc etməyə icazə verib.
Marja xəbər verir k, Meta-nın sözçüsü Endi Stoun e-poçtun skrinşotunu sosial şəbəkədə yerləşdirib ki, bu da şirkətin “normal olaraq zorakılığa təhrik qadağasını pozacaq siyasi ifadə formalarına müvəqqəti icazə verdiyini” göstərir.
Bununla yanaşı, Meta hələ də dinc ruslara qarşı belə çağırışları qəbuledilməz hesab edir.
Marja RBK-ya istinadən xəbər verir ki. Rusiya əsgərlərinə qarşı zorakılıq çağırışları artıq Meta sosial şəbəkələri tərəfindən Rusiya və Ukrayna, eləcə də Ermənistan, Azərbaycan, Estoniya, Gürcüstan, Macarıstan, Latviya, Litva, Polşa, Rumıniya və Slovakiyadan olan istifadəçilər üçün məqbul hesab edilir.
Rusiyanın ABŞ-dakı səfirliyi Rusiya əsgərlərinə qarşı zorakılıq çağırışlarını dərc etməyə icazə verdiyi üçün ABŞ hakimiyyət orqanlarından "Meta" şirkətinin "ekstremist fəaliyyətlərini" dayandırmağı xahiş edib.
“Meta-nın ruslara qarşı nifrət və düşmənçiliyin qızışdırılmasına səbəb olan aqressiv və cinayətkar siyasəti hədsizdir. Şirkətin hərəkətləri ölkəmizə qarşı elan edilmiş qaydasız informasiya müharibəsinin daha bir sübutudur”, - Rusiya diplomatik missiyası bildirib.
XXX
Американская Meta Platforms, которой принадлежат Facebook и Instagram, временно разрешила пользователям соцсетей в некоторых странах публиковать призывы к насилию по отношению к российским военнослужащим, которые участвуют в операции на Украине, и к руководителям России и Белоруссии. Пресс-секретарь Meta Энди Стоун опубликовал скриншот рассылки, из которой следует, что компания «временно разрешила формы политического самовыражения, которые в обычной ситуации бы нарушали запрет на призывы к насилию». При этом подобные призывы в отношении мирных россиян Meta по-прежнему считает недопустимыми.
Призывы к насилию в отношению российских солдат теперь соцсети Meta считают допустимыми для пользователей из России и Украины, а также Армении, Азербайджана, Эстонии, Грузии, Венгрии, Латвии, Литвы, Польши, Румынии и Словакии.
Посольство России в США обратилось к американским властям с требованием пресечь «экстремистскую деятельность» Meta Platforms из-за разрешения публикации призывов к насилию в отношении российских солдат.
«Вызывает возмущение агрессивная и преступная политика Meta, ведущая к разжиганию ненависти и вражды к россиянам. Действия компании — еще одно свидетельство объявленной нашей стране информационной войны без правил», — заявили в российском диппредставительстве.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
7 saat əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 2 gün əvvəl
-
2 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
2 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
2 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
Ən çox oxunanlar
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)















.jpg)


