Visa və Mastercard Rusiyada xidmətlərin göstərilməsini dayandırıb
Artıq Rusiya bankları yeni Visa və Mastercard kartları buraxmayacaqlar, mövcud kartlar Rusiya hüdudlarından kənarda işləməyəcək, Rusiya daxilində isə istifadə müddəti bitənə qədər aktiv olacaqlar.Amerikanın Visa şirkəti Rusiyada işlərini dayandırmaq niyyətində olduğunu açıqlayıb.
Marja xəbər verir ki, bu barədə şirkətin şənbə günü dərc olunmuş press-relizində deyilir.
"Yaxın günlərdə Visa Rusiyadakı müştəriləri və tərəfdaşları ilə birlikdə əməliyyatlarını dayandıracaq. Proses başa çatdıqdan sonra Rusiya Federasiyasında buraxılmış Visa kartları artıq ölkə hüdudlarından kənarda işləməyəcək", - press-relizdə deyilir.
Şirkətin rəhbəri Alfred Kellinin sözlərinə görə, Visa Ukrayna ətrafında yaranmış vəziyyət fonunda müvafiq tədbirlər görür.
Visa daha əvvəl bildirmişdi ki, şirkət, “müvafiq sanksiyalara əməl olunmasını təmin etmək üçün çevik tədbirlər görür və tətbiq oluna biləcək əlavə sanksiyalara əməl etməyə hazırdır”.
Mastercard Rusiyada xidmətlərin göstərilməsini dayandırıb
Amerikanın Mastercard maliyyə korporasiyası Rusiyada xidmətlərin göstərilməsini dayandırıb. Bu barədə şənbə günü şirkətin saytında dərc edilmiş məlumatda deyilir.
Məlumatda vurğulanır ki, şirkət anti-Rusiya sanksiyalarına görə, Rusiyada xidmətlərin göstərilməsini dayandırmaq qərarına gəlib. “Bu tədbir Rusiya bankları tərəfindən buraxılan kartların Mastercard sistemi tərəfindən dəstəklənməyəcəyini nəzərdə tutur”, - məlumatda deyilir.
Bundan əlavə, şirkət ölkədən kənarda buraxılan Mastercard kartlarının Rusiyada işləməyəcəyini vurğulayıb.
Şirkət rəhbərliyi Ukrayna ətrafında yaranmış vəziyyəti nəzərə alaraq müvafiq tədbirlərin görüldüyünü qeyd edib. Eyni zamanda, şirkət vurğulayıb ki, Rusiya Federasiyasındakı tərəfdaşlarla əməkdaşlıq edərək, "uyğun olduqda və qanunla icazə verilən zaman əməliyyatların bərpası üçün işə başlayacaq".
Bundan əvvəl Mastercard Ukrayna ətrafındakı vəziyyətlə əlaqədar tətbiq edilən anti-Rusiya sanksiyalarına görə "bir çox maliyyə institutlarına" öz ödəniş sisteminə çıxışı bloklayıb.
Rusiya Mərkəzi Bankından açıqlama
"Bütün Rusiya banklarının Visa və Mastercard beynəlxalq ödəniş sistemlərinin kartları Rusiya Federasiyasında işləməyə davam edəcək, belə kartlarla əlaqəli hesablardakı müştəri vəsaitləri tam saxlanılır və mövcuddur". Marja xəbər verir ki, bu, Rusiya Mərkəzi Bankının yaydığı məlumatda bildirilir.
"Rusiya bankları tərəfindən buraxılmış bütün Visa və Mastercard beynəlxalq ödəniş sistemləri kartları Rusiyada istifadə müddəti bitənə qədər aktiv olacaqlar. Onlar üzrə əməliyyatlar ölkə daxilində Milli Ödəniş Kartı Sistemində aparılır və onlara sanksiyalar təsir etmir. Müştərinin belə kartlarla əlaqəli hesablardakı vəsaiti tam olaraq saxlanılır və əlçatandır”, - tənzimləyici bildirib.
Rusiyada bu kartların sahibləri bankomatlarda əməliyyatlar apara, kartlarla ödəniş edə, kartdan karta köçürmələr edə biləcəklər. Eyni zamanda Mərkəzi Bank xəbərdarlıq edib ki, Visa və Mastercard kartları ilə transsərhəd əməliyyatlar (ölkə xaricində) aparılmayacaq. Bu həm xarici onlayn mağazalarda alış-verişin ödənişinə, həm də bu kartlardan xaricdə istifadəyə aiddir.
Fevralın 24-də Rusiya prezidenti Vladimir Putin qondarma Donbass respublikalarının rəhbərlərinin yardım xahişi ilə müraciətinə cavab olaraq "xüsusi hərbi əməliyyat" elan edib. Bundan sonra ABŞ, Avropa İttifaqı, Böyük Britaniya, eləcə də bir sıra digər dövlətlər Rusiyanın fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
9 saat əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 2 gün əvvəl
-
2 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
2 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
2 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)
.jpg)









.jpg)






