5 bankın ötənilki mənfəəti 20 milyon manatdan çoxdur
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 3-ü ötən ili zərərlə başa vurub.
Bunlar “Yapı Kredi Bank Azərbaycan” QSC, Pakistan və İran Milli Banklarının Bakı filiallarıdır.
Qalan 23 bank isə müxtəlif məbləğlərdə (xalis) mənfəət əldə edib. Onlardan 5-də sözügedən göstərici 20 milyon manatdan çoxdur. Həmin banklar “Azərbaycan Beynəlxalq Bankı” (208,78 milyon manat), “Kapital Bank” (179,963 milyon manat), “PAŞA Bank” (90,18 milyon manat), “Xalq Bank” (27,289 milyon manat) və “Bank of Baku” (23,06 milyon manat) ASC-lərdir.
Qalan 18 bankdan 2-də (xalis) mənfəət 10-20 milyon manat arasında, 11 bankda 1-10 milyon manat arasında, 5 bankda isə 1 milyon manatdan azdır.
8 bankın (xalis) mənfəəti azalıb
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 13-nün ötənilki (xalis) mənfəəti əvvəlki illə müqayisədə çox olub.
Bunlar “Zıraat Bank Azərbaycan”, “Bank Respublika”, “Muğan Bank”, “Bank of Baku”, “AFB Bank”, “Azərbaycan Beynəlxalq Bankı”, “Azər-Türk Bank”, “Rabitəbank”, “Express Bank”, “Bank VTB Azərbaycan”, “PAŞA Bank”, “Xalq Bank” və “Günay Bank” ASC-lərdir.
Ən yüksək dinamika “Zıraat Bank Azərbaycan”da (3,3 dəfə), ən aşağı dinamika isə “Günay Bank”da (0,5%) qeydə alınıb.
8 bankın – “Turan Bank”, “Naxçıvan Bank”, “Bank Avrasiya”, “Kapital Bank”, “Premium Bank”, “Azərbaycan Sənaye Bankı” və “Unibank” ASC-lərin, eləcə də “Access Bank” QSC-nin isə (xalis) mənfəəti azalıb. Ən çox azalma “Access Bank”da (57,8%), ən az azalma isə “Turan Bank”da (2,3%) qeydə alınıb.
1 bankın – Pakistan Milli Bankının Bakı filialının isə zərəri 92% artıb.
2 bank – “Bank BTB” və “Yelo Bank ASC-lər ötən ili mənfəətlə, əvvəlki ili zərərlə, 2 bank – “Yapı Kredi Bank Azərbaycan” QSC və İran Milli Bankının Bakı filialı isə ötən ili zərərlə, əvvəlki ili mənfəətlə başa vurublar. Odur ki, bu bankların (xalis) mənfəətinin / zərərinin dinamikasını hesablamaq mümkün olmayıb.
KREDİTİ ONLAYN əldə et – 20 000 AZN-dək, 13,99%-dən, 0% komissiya
© “Renkinq”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
5 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
6 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

























