Rusiya beynəlxalq maliyyə sistemindən qovulur
ABŞ, Avropa İttifaqı və Kanada Rusiya qarçı yeni sanksiyalar, o cümlədən bir neçə Rusiya bankının SWIFT sistemindən çıxarılması barədə razılığa gəliblər. Vaşinqton administrasiyası bu tədbirlərdən sonra Rusiyanın “iqtisadi və maliyyə pariyasına” (hüquqsuz) çevriləcəyini bildirib.Avropa İttifaqı, ABŞ və Kanada şənbə günü Rusiyaya qarşı yeni sanksiyalarla bağlı razılığa gəliblər.
Marja xəbər verir ki, bunlara daxildir:
- bir sıra rus banklarının SWIFT-dən çıxarılması;
- Rusiya Mərkəzi Bankının “aktivlərinin iflici”;
- rus elitasının və onların ailələrinin aktivlərinin dondurulması.
"Qərbin yeni sanksiyalarından sonra Rusiya bank sisteminin çöküşü gözlənilir", - ABŞ administrasiyasının sözçüsü brifinqdə deyib.
O, əlavə edib ki, Rusiya indi "qlobal iqtisadi və maliyyə mənasında pariyaya" (hüqusuz) çevriləcək.
"Rusiya beynəlxalq maliyyə sistemindən qovulur”, - deyə rəsmi əlavə edib.
ABŞ rəsmisi qeyd edib ki, həftə sonu Qərb ölkələri Rusiya Mərkəzi Bankına qarşı da daxil olmaqla əlavə tədbirlər hazırlayacaq.
Administrasiya rəsmisi bildirib ki, SWIFT-dən ayrılacaq bankların siyahısına gəlincə, o, hələ də formalaşdırılır. O əlavə edib ki, sanksiyalar Rusiya Mərkəzin Bankının bütün 630 milyard dollar valyuta ehtiyatına şamil ediləcək.
Ağ Ev bildirib ki, Qərb, dünya bazarlarında yanacaq qıtlığının və onun bahalaşmasının qarşısını almaq üçün enerji təchizatına xidmət edən Rusiya banklarını SWIFT-də saxlamağa çalışacaq.
Növbəti sanksiyalar paketi Rusiyanın Ukraynada fevralın 24-də başlayan hərbi əməliyyatı ilə bağlıdır. Rusiya hakimiyyəti bildirir ki, bu hərbi əməliyyatın məqsədi Donbass əhalisini “Kiyev rejiminin soyqırımından” xilas etmək, Ukraynanın deazifikasiyası və demilitarizasiyasıdır.
SWIFT sistemini Rusiya banklarına bağlamağa hazır olduğunu açıqlayıb. Şirkət rəsmi qeyd edib ki, əmr verildikdən sonra Rusiya banklarına qarşı tədbir görməyə hazırdır. İndi SWIFT Qərb ölkələri ilə hansı bankların siyahıya daxil ediləcəyini müzakirə edir.
Avropa Komissiyası bildirib ki, bir sıra Rusiya banklarının SWIFT sistemindən çıxarılması "həqiqətən Rusiyanın ixrac və idxalını bloklayacaq".
Reuters yazıb ki, bazar ertəsi Rusiya rublunun kəskin zəifləməsi, əmtəə qiymətlərinin artması və yüksək qeyri-müəyyənlik səviyyəsi gözlənilir.
"BNO News" "Bazar ertəsi Rusiya valyuta bazarında fəlakət olacaq" başlığını verib.
Xatırladaq ki, Qərb ölkələri Ukraynadakı hərbi əməliyyatlara görə daha əvvəl də Rusiya banklarına qarşı sanksiyalar tətbiq etmişdi. Sanksiya siyahısına aşağıdakı banklar daxil edilmişdir:
-"Otkrıtie";
-Promsvyazbank;
-VTB;
-Novikombank;
-Sovkombank.
Qərb Rusiyanın digər banklarına qarşı da sanksiyaların mümkünlüyünü açıqlamışdı.
SWIFT 1973-cü ildən fəaliyyət göstərən özəl bir qurumdur. Onun 200 ölkə və ərazidə 11.000-dən çox üzvü var.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
25 d. əvvəl
Onlayn kredit istifadəsində yeni tendensiya: Aylıq ödəniş hesablaması ön planda
-
- 9 saat əvvəl
-
1 gün əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 3 gün əvvəl
-
3 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 3 gün əvvəl
-
3 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
“Qarabağ Tekstil Evi” istifadəyə verildi - Yataq dəsti, çarpayı və divan örtüyü, dəsmal və digər məhsullar istehsal edir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Azərbaycanda beynəlxalq sığorta forumu keçiriləcək
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub











.jpg)


.jpg)








