Əmlakın qeydiyyatında sürətli artım
Azərbaycanda daşınmaz əmlakla bağlı əməliyyatlar sürətlə artmaqda davam edir.
Əmlak Məsələləri üzrə Dövlət Komitəsindən “Marja”ya daxil olmuş məlumata görə, dünyadakı iqtisadi böhran, neftin ucuzlaşması və iqtisadi aktivliyin azalması daşınmaz əmlak bazarına təsir etsə də, 2017-ci ilin ilk beş ayının nəticələri respublikanın əmlak bazarında güclü şəkildə canlanmanın olduğunu göstərir. Xüsusilə ilkin qeydiyyat, yəni əmlakların ilk dəfə sənədləşdirilməsində sürətli artımlar baş verib.
“Bunun əsas səbəbi, digər məsələlərlə yanaşı Əmlak Məsələləri Dövlət Komitəsinin əmlakın qeydiyyatını sadələşdirməsi, bu sahədə tətbiq olunan yenilik və kampaniyalar, müasir yanaşmalar, innovativ xidmətlərdir”,- Komitənin məlumatında deyilir.
Aparılan statistik göstəricilərə əsasən 2017-ci ilin may ayında ölkədə 17251 əmlak üzərində mülkiyyət hüququ qeydə alınıb. Yerinə yetirilən qeydiyyatın 5111 ilkin, 12140 isə təkrar qeydiyyata aiddir. Cari ilin may ayında 14988 daşınmaz əmlaka texniki pasport tərtib edilib, 3604 ipoteka müqaviləsi, 351 yüklülük dövlət qeydiyyatına alınıb. Hüquqi və fiziki şəxslərə dövlət reyestrindən 13386 yaxın məhdudiyyət arayışı, əhaliyə xidmətlə bağlı 4735 digər müxtəlif məzmunlu arayışlar verilib. 11107 daşınmaz əmlak obyektinə müayinə aktı tərtib edilib.
May ayında mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 3253 fərdi yaşayış və bağ evi, 4246 mənzil, 8974 torpaq sahəsi, 671 qeyri-yaşayış binası, 79 əmlak kompleksi, 4 çoxmərtəbəli yaşayış binası, 24 çoxillik əkmə olub. Ötən ilin may ayı ilə müqayisədə fərdi evlərin qeydiyyatı 32.18%, torpaq sahələri 8.6%, mənzillərin qeydiyyatı 27.0%, qeyri-yaşayış binalarının qeydiyyatı 53.2%, çoxillik əkmələrin qeydiyyatı isə 4 dəfə artıb.
Ümumilikdə, bu ilin ilk 5 ayında ölkədə 77966 əmlaka aid hüquqlar dövlət qeydiyyatına alınıb. Əmlakın qeydiyyatının 65.7%-i regionlarına payına düşüb. Fərdi yaşayış evi, torpaq sahələri, qeyri-yaşayış binaları və əmlak kompleksləri üzrə əməliyyatların böyük hissəsi, çoxillik əkmələrlə əməliyyatların isə hamısı regionlarda aparılır.
Komitənin həyata keçirdiyi “Kütləvi çıxarış” kampaniyaları, “Elektron çıxarış” xidməti, Mobil ofis xidmətləri vətəndaşların sənədləşdirmə prosesində minimum vaxt itkisini təmin etmək, komitənin xidmətlərindən daha operativ yararlanmasına şərait yaratmaqdır.
Keçirilən kütləvi çıxarış kampaniyaları həm vətəndaşların olduqları ərazilərdə, həm iş yerlərində, həm də onların fəaliyyət göstərdikləri torpaqlarında xidmət göstərir. Bu xidmətlərin nəticəsində vətəndaşlar heç bir yerə getmədən, gündəlik fəaliyyətlərindən ayrılmadan əmlaklarına dair sənədlərə sahib olurlar. Cari ilin ilk 5 ayında 12 kütləvi çıxarış kampaniyası keçirilib ki, bunların 2-si paytaxtın müxtəlif rayonlarında, digərləri isə regionlarda vətəndaşlara xidmət göstərib. Keçirilən kapmaniyaların 4-ü iş yerində vətəndaşlara qeydiyyat xidmətləri göstərib.
Komitə tərəfindən son olaraq tətbiq edilən innovativ xidmət olan “Elektron çıxarış” xidməti vasitəsilə vətəndaş artıq öz istəyinə uyğun olaraq çıxarışını elektron formada əldə edə bilər. Belə ki, bu yeniliyə əsasən çıxarış elektron qaydada təsdiq edilməklə e-Hökümət portalı vasitəsi ilə əmlak sahibinin şəxsi elektron kabinetində yerləşdiriləcək. Müvafiq dövlət qurumları, notariuslar və banklar bu portal vasitəsi ilə həmin çıxarışla bağlı əməliyyat aparacaq. Elektron imza ilə təsdiqləndiyi üçün çıxarışın elektron variantını bütün əməliyyatlarda tam hüquqlu sənəd kimi istifadə edəcək. Bu xidmətin nəticəsində kağız çıxarışın itirilməsi, yararsız hala düşməsi ilə bağlı problemlər ortadan qalxacaq.
Komitə tərəfindən həyata keçirilən bütün bu xidmətlərdə başlıca məqsəd vətəndaşların rahatlığını təmin etmək, xidmətlərdən istifadə zamanı vaxt itkisinin qarşısını almaq, operativ və səmərəli xidmət göstərməkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 saat əvvəl
"Tehran razılaşmasa, İranda hər şeyi havaya uçurub, nefti ələ keçirməyi düşünürəm"
- 3 saat əvvəl
-
-
3 saat əvvəl
"İran tərəfindən F-15E vurulduqdan sonra itkin düşmüş ABŞ hərbçisi xilas edilib"
-
3 saat əvvəl
"Çərşənbə axşamına qədər Hörmüz boğazı açılmasa, İran “cəhənnəmi yaşayacaq”"
- 1 gün əvvəl
-
1 gün əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
1 gün əvvəl
Tramp: İranın vurduğu təyyarələr danışıqlara təsir etməyəcək
- 1 gün əvvəl
-
1 gün əvvəl
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
Tramp: İranın vurduğu təyyarələr danışıqlara təsir etməyəcək
İran ABŞ-ın 48 saatlıq atəşkəs təklifini rədd edib
Ən çox oxunanlar
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
“Vulkan” ASC-nin rəhbərliyi növbədənkənar formalaşdırılacaq
"Azərkəndtikinti” şirkətinə əlavə maya qoyulacaq
Aprelin 5-də gözlənilən hava şəraiti - Yağış yağacağı gözlənilir
Azərbaycanın avtomobil bazarında mühüm hadisə - OMODA və JAECOO rəsmi təqdim edildi
Uzaqgörən investorlar Dubayda əmlak alır - sən hələ gözləyirsən?
Milli Depozit Mərkəzinin sədri Türkiyənin bir qrup maliyyə qurumunun nümayəndələrilə görüşüb






















